Apple şirkəti tərtibatçılar üçün WWDC 2020 tədbirinin keçirilmə tarixini açıqladı

Apple şirkəti tərtibatçılar üçün WWDC 2020 tədbirinin keçirilmə tarixini açıqladı

Sosial Media
06.05.2020 PAYLAŞIM

    Hələ mart ayında Apple şirkəti bildirmişdi ki, tərtibatçılar üçün nəzərdə tutulmuş WWDC tədbiri bu il koronavirus səbəbilə online formatda keçiriləcək. İndi isə şirkət WWDC 2020-nin keçirilmə tarixlərini açıqlayıb. Beləliklə bu ilki WWDC 2020 tədbiri 22 iyun tarixində Apple Developer mobil tətbiqində və saytında start götürəcək. Tərtibatçıların bu online tədbirdə iştirakları pulsuz olacaq. Tədbir çərçivəsində şirkət tərtibatçılar üçün yeni iOS, iPadOS, macOS, tvOS və watchOS əməliyyat sistemlərinin ilkin versiyalarını təqdim etməlidir.


    Bununla yanaşı tədbir zamanı sözügedən əməliyyat sistemlərini yaratmış mühəndislər ilə ünsiyyət də qurmaq mümkün olacaq. “Bu il WWDC tam fərqli formatda keçirilməklə yanaşı həmçinin tədbir tarixi ərzində ən böyüyü olacaq. Bizim bütün dünyadan olan tərtibatçılar cəmiyyətimiz (23 milyondan çox insan) Apple şirkətinin gələcək platforması barəsində məlumatlanmaq üçün iyun ayında 1 həftəlik bir araya gələcək” - deyə şirkət qeyd edib. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-a yeni funksiyalar əlavə edilib

Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. ..


Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşd..

Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası ..


Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum ol..

App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Goog..


Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb...


Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

Facebook şirkəti son günlər çox məşhurlaşmış ClubHouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistem..

×