Apple şirkəti tətbiqlərə reklam bildirişlərinin göndərilməsinə icazə verdi

Apple şirkəti tətbiqlərə reklam bildirişlərinin göndərilməsinə icazə verdi

Sosial Media
05.03.2020 PAYLAŞIM

    Smartfon ekranında ortaya çıxan push bildiriş, göndərildiyi tətbiqin funksiyasından asılı olaraq həm faydalı həm də reklam xarakterli ola bilər. Bir neçə müddət bundan öncə Apple şirkəti məhz reklam xarakterli push bildirişlərə xüsusi diqqət ayırdı. Belə ki, uzun müddət olmuş qadağadan sonra Apple şirkəti bu cür reklam xarakterli push bildirişlərin göndərilməsinə icazə verdi. Həmin bildirişlər həmçinin bloklanmış ekranda da ortaya çıxacaqlar. Bu barədə The Verge saytı xəbər verib. Tərtibatçılar üçün olan yenilənmiş təlimatda qeyd edilib ki, bundan sonra iOS üçün olan tətbiqlər istifadəçilər reklam, reklam aksiyaları və birbaşa marketinqi əhatə edən push bildirişlər göndərə biləcəklər.

    Yalnız bu o halda baş verəcək ki, istifadəçi bu cür bildirişlərin əldə edilməsinə razılıq versin və tətbiqlərin ayarlarında bu funksiyanın deaktiv edilməsi imkanı yaradılsın. Qeyd etmək lazımdır ki, indiyənə kimi Apple şirkəti istənilən üsul ilə bu cür halların rellaşdırılmasını qadağan edirdi. Məlumata əsasən şirkətin qadağanı aradan qaldırmasının əsas səbəbi istifadəçilərin rahatlıqları olub. Belə ki, endirimləri və digər aksiyaları əhatə edən reklam bildirişləri istifadəçilərə maraqlı ola bilər.

Bənzər xəbər


    Məsələn hansısa online mağazanın tətbiqini yükləmiş istifadəçi tez bir zamanda izlədiyi məhsulun qiymətinin endirilib-endirilməməsindən xəbərdar ola biləcək. Buna baxmayaraq reklam xarakterli bildirişlərin göndərilməsi üçün nəzərdə tutulmuş lisenziyanı heç də bütün tərtibatçılar əldə etməyəcəklər. Şirkət əsasən də tanışlıq servislərinin bu məsələdə ciddi nəzarət altında olacaqlarına söz verib. App Store-un yenilənmiş siyasəti həmçinin tətbiqlərə Sign in with Apple funksiyasının inteqrasiyasını da təmin edir. Sözügedən funksiyanı tərtibatçılar 30 aprel tarixinə kimi öz tətbiqlərinə inteqrasiya etməlidirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube videolarını brauzer üzərindən kompüterə yükləmək mümkün olacaq..

Youtube brauzer üzərindən kompüterə videoların yüklənməsi funksiyası üzərində çalışır...


Whatsapp-da konkret mesajları şikayət etmək funksiyası istifadəyə verilib

Whatsapp ayrı-ayrı şəxslərin digərləri üçün diskomfort yaratmamaları yolunda digər messencer və sosi..


Telegram-da növbəti yeni funksiyalar istifadəyə verilib

Telegram tərtibatçıları messencer üçün növbəti böyük yenilənməni təqdim ediblər.


Whatsapp-dakı səsli mesajları mətn formatına çevirməyə imkan verəcək yeni funksi..

Whatsapp tərtibatçıları messencerdə reallaşdırılacaq maraqlı və faydalı yeni funksiya üzərində çalış..


Yaxın zamanda Whatsapp-ın köhnə əməliyyat sistemlərində dəstəyi dayandırılacaq..

Whatsapp tərtibatçıları yaxın zamanda messencerin köhnə əməliyyat sistemli smartfonlarda dəstəyinin ..

×