Apple TV+ abunəçi sayına görə Hulu və Disney+ servislərini geridə qoydu

Apple TV+ abunəçi sayına görə Hulu və Disney+ servislərini geridə qoydu

Sosial Media
26.01.2020 PAYLAŞIM

    Ampere Analysis adlı tədqiqat şirkəti Apple TV+ servisinin güman olunan abunəçi sayını hesablayıb. Analitiklərin məlumatlarına əsasən 2019-cu ilin dördüncü rübündə Apple şirkətinin streaming servisi təkcə ABŞ-da 33.6 milyon istifadəçini özünə cəlb edib. Bu barədə Variety saytı xəbər verib. Müqayisə üçün qeyd etmək lazımdır ki, Hulu servisi 31.8 milyon istifadəçi, Disney+ servisi isə 23.2 milyon istifadəçi cəlb edib. Apple şirkətinin streaming servisinin uğurlu olmasına baxmayaraq Ampere Analysis şirkətinin fikrincə servisin aylıq ödəniş edən istifadəçi kütləsi azdır.

    Şirkətin məlumatına əsasən servisin ABŞ-da sahib olduğu 33.6 milyon istifadəçinin çox hissəsi Apple şirkətinin xüsusi aksiyası çərçivəsində 1 illik pulsuz Apple TV+ abunəliyi əldə edib. Həmin pulsuz abunəlik müddəti bitdikdən sonra isə istifadəçilərin heç də hamısı ödənişli abunəlik sisteminə keçməyəcək. Belə ki, servisin kontent bazası hələ çox kiçikdir. Apple özü isə Ampere Analysis şirkətinin hesabatına heç bir fikir bildirməyib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yaxın günlərdə Instagram-da NFT tokenlərin testinə start veriləcək

İnsayderlərin verdikləri məlumata əsasən bu həftə Instagram daxilində NFT tokenlərin dəstəklənməsi t..


Telegram-ın premium istifadəçiləri üçün təqdim ediləcək imkanlar barəsində yeni ..

Bir neçə müddət bundan öncə Telegram-da premium abunəliyin istifadəyə veriləcəyi barəsində məlumat o..


Whatsapp-da mesajlara emojilər vasitəsilə reaksiya bildirmək imkanı hamı üçün is..

Məlum olub ki, Whatsapp-da daxil olan mesajlar emojilər vasitəsilə reaksiya bildirmək imkanı artıq h..


Zəif smartfonlar üçün olan Youtube Go-nun fəaliyyəti dayandırılacaq

Google şirkətinin fəliyyətini dayandırmış servislər siyahısına yaxın zamanda yenisi daxil ediləcək...


Instagram-da TikTok-dakı kimi tam ekran ölçülü paylaşımlar göstəriləcək..

Instagram-ın ana səhifəsində reallaşdırılacaq yenilik paylaşımların TikTok-dakı kimi görünməsinə imk..


Telegram-da premium abunəlik: Premium istifadəçilər hansı üstünlüklərə sahib ola..

Telegram-ın yaradıcısı Pavel Durov messencerin monetizasiyası üçün əlavə üsulların axtarışını davam ..

×