
Artıq Facebook-da da göndərilmiş ismarışları digərlərinin cihazlarından silə biləcəksiniz
Sosial Media
07.04.2018
Emil
Facebook ismarışlara “Unsend” düyməsini
əlavə etməyi planlaşdırır. Bu barədə şirkət təmsilçiləri Techcrunch saytına
bildiriblər. 6 Aprel tarixində Facebook təsdiq etdi ki, şirkətin yaradıcısı
Mark Zuckerberg-in göndərdiyi ismarışları pozur. Sosial şəbəkə təmsilçilərinin
sözlərinə əsasən bu tədbir təhlükəsizlik baxımından görülür.
Belə ki, 2014-cü
ildə Sony Pictures şirkətinin hack olunmasından sonra Facebook Mark Zuckerberg tərəfindən
göndərilən ismarışların qalma vaxtlarını azaldıb. Adi insanlar da çatlarda göndərdikləri
ismarışları poza bilərlər. Lakin fərq ondan ibarətdir ki, adi insanların
pozduqları ismarışlar yalnız öz hesablarından silinəcək. İsmarışları qəbul etmiş
şəxsin hesabında isə onlar qalacaqlar. Techcrunch ilə söhbətlərində şirkət təmsilçiləri
bildirdilər ki, onlar “Unsend” düyməsini hamı üçün aktiv etməyi
planlaşdırırlar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
