
Avropa Komissiyası öz əməkdaşlarından iş məqsədli cihazlardan TikTok-u silməyi tələb edib
Sosial Media
24.02.2023
Emil
Avropa Komissiyasının İT xidməti dünən Avropa Birliyinin icraçı orqanının bütün əməkdaşlarına elektron məktub göndərib və həmin məktubda əməkdaşlardan iş məqsədli cihazlardan və Avropa Komissiyasının tətbiqləri ilə servislərinin olduqları şəxsi cihazlardan TikTok tətbiqinin silinməsi tələbi yer alıb. Avropa Komissiyasının bu tələbi məlumatların lazımi səviyyədə qorunmalarını təmin etmək üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, Avropa Komissiyasının əməkdaşları öz cihazlarından TikTok-u 15 mart tarixinə kimi silməlidirlər.
Həmin müddətə kimi bunu etməyən əməkdaşlar üçün xidməti tətbiqlərdən istifadə imkanı bloklanacaq. Avropa Birliyinin mətbuat katibi Sonya Gospodinova-nın sözlərinə əsasən Avropa Komissiyasının korporativ idarəetmə şurası təhlükəsizlik səbəblərindən bu qərarı qəbul edib. “Biz bu qərardan məyusuq. Fikrimizcə bu qərar səhvdir və o, fundamental səviyyədə olan yalnış fikirlər əsasında formalaşıb. Biz bu məsələyə aydınlıq gətirmək üçün komissiya ilə əlaqə yaratdıq və onlara bütün Avropa Birliyi üzrə 125 milyon insanın məlumatlarını necə qoruduğumuzu başa salmağa çalışdıq” - deyə TikTok təmsilçiləri qeyd ediblər.
Paylaş
Bənzər xəbərlər