
Avropa Komissiyası TikTok-a qarşı istintaqa start verib
Sosial Media
20.02.2024
Emil
Avropa Komissiyasının TikTok-a qarşı istintaqa start verdiyi məlum olub. Məlumatda qeyd edilib ki, aparılan istintaq çərçivəsində daha çox TikTok-dan asılılığa səbəb olan alqoritmlərə və yetkinlik yaşına çatmamış istifadəçilər də daxil olmaqla digərlərinin konfidensiallıqlarına diqqət ayrılır. Avropa Komissiyası TikTok-un istifadəçi yaşını yoxlama üsulunun effektivliyinin incələnməsinə, dizaynına və istifadəçilərə neqativ təsir göstərə biləcək funksionallığa cəmlənib. Bu istintaq TikTok tərəfindən Avropa Birliyinin rəqəmsal xidmətlər üzrə qanunvericiliyinin (DSA) mümkün pozulması ehtimalı əsasında aparılır. Məlumata əsasən bu məşhur sosial platforma təhlükəsizlik və yetkinlik yaşına çatmamış istifadəçilərin hüquqlarının qorunması mövzularında pozuntulara yer vermiş ola bilər.
Paylaş
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
