
Aylıq 1 dollar maaş alan Mark Zuckerberg'in Facebook'a 1 il ərzində verdiyi zərərin miqdarı
Sosial Media
17.04.2018
Nijat
Rəsmi olaraq sənədlərdə 1 dollar maaş aldığı yazılan Facebook CEO-su Mark Zuckerberg-in şirkət tərəfindən ödənən illik xərcləri artıq zərər olaraq qeydə alınır. Belə ki, səyahətlər zamanı təhlükəsizliyin təmin edilməsi, xüsusi təyyarələrin sifarişi və evində olan xidmətçilərin maaşları belə Facebook tərəfindən ödənilir.
Facebook şirkəti Mark Zuckerberg-in illik xərclərinə 8.8 milyon dollar ödəyir və bu çox yüksək bir məbləğdir.
Facebook-un 2-ci idarə edici şəxsi olan Sherly Sandberg üçün isə illik 2.6 milyon dollar dəyərində xərc çəkilir. Amma bir faktor var ki, Sherly Sandberg 250 milyon dəyərində Facebook hissə sənədlərinə malikdi. Yəni şirkətdəki pay dəyəri Mark-ın malik olduğundan daha çoxdu. Digər tərəfdən Apple CEO-su olan Tim Cook üçün illik 317 min dollar xərc çəkilir və müqayisə etdiyimiz zaman Zuckerberg-in xərclərinə görə çox azdır. Analitiklərin dediklərinə görə, Mark Zuckerberg-in illik xərci şirkətə zərər şəklində geri qayıdır. Ona görə tez zamanda bu xərclər azaldılmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
