main-post-cover

    Aylıq ödənişli Telegram premium istifadəyə verilib

    Sosial Media
    19.06.2022
    Farid Pardashunas
        Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məlumat şirkətin rəsmi saytında qeyd edilib. Beləliklə Telegram Premium vasitəsilə istifadəçilər messencer daxilindəki imkanları genişləndirə biləcəklər. Telegram Premium-un imkanları aşağıdakı kimi olacaq:
    - 4 GB-a kimi olan faylların yüklənməsi (adi istifadəçilər üçün 2 GB)
    - Faylların sürətlə yüklənməsi
    - Reklam elanlarının deaktiv edilməsi
    - İstifadəçi tərəfindən abunə olunan kanalların (1000 kanala qədər) və yaradılan qovluqların (20 ədəd) say artımı
    - Messencerin ana səhifəsində 10-a qədər çatın bərkidilməsi (adi istifadəçilərdə 5 ədəd çat)
    - Seçilmiş stikerlər siyahısına 10 ədəd stikerin əlavə edilməsi
    - Səsli mesajları mətn formatına çevirmək imkanı
    - Çatların idarəsi üzrə daha geniş imkanlar
    - Animasiyalı avatarlar
    - Unikal stikerlər və reaksiyalar
    - Premium abunəlik ikonu.
        Bundan əlavə olaraq Telegram təmsilçiləri bildiriblər ki, yeni funksiyaların bəziləri həmçinin adi istifadəçilər üçün də aktiv olacaqlar. Bununla yanaşı messencerin Android versiyasına yeni funksiya əlavə edilib. Belə ki, bundan sonra messencerin Android versiyasından istifadə edən istifadəçilər qəbul edilən mesajların ön baxışını reallaşdıra biləcəklər. Bu halda qəbul edilmiş mesaj oxunmuş mesaj kimi qəbul edilməyəcək. Bunun üçün isə mesaj gndərmiş şəxsin fotosuna klikləyib saxlamaq lazım olacaq. Qəbul edilən bütün fayllar isə avtomatik olaraq cihazın Gallery bölməsində saxlanacaqlar. Bu funksiyanı fərdi olaraq aktivləşdirmək və ya deaktivləşdirmək mümkündür. Telegram Premium-un aylıq ödəniş haqqının nə qədər təşkil edəcəyi barəsində rəsmi məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər