Azərbaycanda ilk dəfə 'Young Lions' Beynəlxalq Yaradıcılıq Müsabiqəsi baş tutacaq!
Sosial Media
17.02.2020
Farid Pardashunas
“Cannes Lions” dünyanın ən prestijli yaradıcılıq festivallarından biridir. 1954-cü ildən bəri hər il Fransanın Kann şəhərində baş tutan festival reklam sektorunun iş keyfiyyətini və yaradıcılıq rəqabətini artırmağa yönəlib. “Cannes Lions” festivalından mükafatla geri dönmək hər reklam agentliyinin arzusudur! Çünki burada qazanılan “aslanlar” gələcəkdə yeni fürsətlərə açılan qapılardır.
Bu il 67-ci festivalı gerçəkləşəcək “Cannes Lions” dünyanın dörd tərəfindən insanların bir araya gəldiyi, yeni fikirlər kəşf etdiyi mərkəzə çevriləcək.
“Cannes Lions” Beynəlxalq Yaradıcılıq festivalının gənc reklam mütəxəssislərinə yönlənmiş mərhələsi “Young Lions” ölkəmizin yeganə qanuni idman mərc opertoru olan “Topaz”-ın dəstəyi ilə ilk dəfə Azərbaycanda da baş tutacaq! Festivalın ölkəmiz üzrə rəsmi təmsilçisi “Endorphin” reklam agentliyinin CEO-su Orxan Kərimovdur.
1995-ci ildən bəri təşkil olunan “Young Lions” müsabiqəsi 30 yaşadək (26 iyun, 1989 təvəllüd və ya daha sonra doğulanlar) reklam mütəxəssislərinin ikili komanda şəklində qatılması üçün nəzərdə tutulub. “Young Lions” yarışmalarında print, rəqəmsal, film, dizayn, gənc marketoloqlar, media və ictimaiyyətlə əlaqələr olmaqla, 7 kateqoriya üzrə işlər yarışdırılır. Azərbaycanda keçiriləcək ilk “Young Lions” müsabiqəsində isə bunlardan yalnız print və film kateqoriyası üzrə müraciətlər formalaşdırılacaq. Müsabiqəyə müraciət etdikdən dərhal sonra göndəriləcək brifə əsasən print kateqoriyası üçün 24 saat, film üçün isə 48 saat ərzində fikri dolğun şəkildə izah edəcək çalışmalar göndərilməlidir. Göndəriləcək işlər beynəlxalq münsiflər tərəfindən dəyərləndiriləcək. Hər kateqoriyadan bir komanda olmaqla ümumi 2 komanda, yəni 4 reklamçı qaliblər müəyyənləşdiriləcək. Qalibləri isə builki “Cannes Lions” festivalında iştirak haqqı gözləyir. Gənc reklamçıları əvəzsiz fürsətlərlə təmin edən bu yarışma “Topaz”-ın təşəbbüsü ilə qaliblərin yol, qonaqlama və festivalda iştirak xərclərini qarşılayacaq!
“Topaz”-ın dəstəyi ilə “Young Lions Azerbaijan” gənc aslanları özünü göstərməyə və “Cannes Lions” həyəcanına səsləyir!
“Young Lions” müsabiqəsi haqqında gələcək xəbərlər üçün Facebook və Instagram hesablarını izləyə və ya festivalın rəsmi Azərbaycan təmsilçisi Orxan Kərimovla əlaqə saxlaya bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt 1.5 milyard illik təkamülün sirrini ortaya çıxarıb!
Alimlər insan beyninin nə qədər sürətli bir şəkildə düşünə bildiyini ölçüblər!