Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək!

Azercell-dən 5728 aztəminatlı ailəyə dəstək!

Sosyal Medya
23.03.2020 PAYLAŞIM

    Novruz bayramı və koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə çərçivəsində ölkənin lider mobil operatoru olan “Azercell Telekom” bu dəfə də həssas qrup kateqoriyadan olan insanlara öz qayğısını əsirgəmədi.

    Belə ki, şirkət sosial məsuliyyət strategiyası çərçivəsində “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş siyahı üzrə Bakı şəhərində yaşayan, I qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 5728 aztəminatlı ailəyə bayram sovqatı verilmişdir. Sovqatlar ünvanlara Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC tərəfindən çatdırılmışdır.

    Azercell və RİİB tərəfindən həyata keçirilən bu təşəbbüs həssas təbəqədən olan insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə də dəstək məqsədi daşıyır.

    “Azercell Telekom” MMC və RİİB tərəfindən bu cür xeyirxah təşəbbüslərin davamlı olaraq bundan sonra da həyata keçirilməsi nəzərdə tutulur.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Skype Meet Now: Qeydiyyata və tətbiqə ehtiyac duymadan videokonfrans yaratmaq üç..

Skype tərtibatçıları Meet Now adlı yeni faydalı servisi anons ediblər.


Google şirkəti koronavirus barəsində dezinformasiya ilə mübarizəyə 6.5 milyon do..

Söhbət, COVID-19 kimi ölümcül xəstəlikdən gedən zaman dəqiq və güvənli məlumat həyat ilə ölüm arasın..


Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən 'virtual ha..

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün ..


Facebook şirkəti Messenger-in macOS və Windows versiyalarını təqdim edib

Dünən Facebook şirkəti macOS və Windows əməliyyat sistemi vasitəsilə çalışan kompüterlər üçün ayrıca..


TikTok ilə rəqabət aparmaq üçün Youtube platforması özünün qısa videolar servisi..

Dünyanın ən çox yüklənən mobil tətbiqi reytinqində TikTok servisi Whatsapp messencerini keçəndən son..


Kontakt Home-dan unikal xidmət – AZƏRBAYCANDA İLK DƏFƏ

Kontakt Home Azərbaycanda ilk dəfə olaraq mağazalardan onlayn video-konsultasiya xidmətini istifadəy..