Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Azercell-dən gənc İT mütəxəssislərinə dəstək

Sosial Media
22.07.2019 PAYLAŞIM

    Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı, “Azercell Telekom” MMC, “R.I.S.K Company”, “TrendMicro” və “Bestcomp Group” şirkətlərinin sponsorluğu ilə biznesin idarə olunması, proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması mövzusunda təşkil olunan “AZCLOUD Hackathon 2019″ müsabiqəsinin başlamasına artıq sayılı günlər qalıb. Müsabiqənin əsas məqsədi İT sahəsinə marağı olan kreativ, biznes yönümlü və analitik düşüncəli gənclərə qabaqcıl İT şirkətləri ilə əlaqələr qurmaq və ideyalarını reallaşdırmaq üçün imkan yaratmaqdır.

    Bu il “AZCLOUD Hackathon 2019″ Avropanın ən böyük idman arenalarından biri olan Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, müsabiqə 3 mərhələdən ibarət olacaq. Komandalar qeydiyyatdan keçdikdən sonra, xüsusi hazırlanmış kiçik tapşırığı yerinə yetirməlidirlər. Bu mərhələni keçən komandalar yarışmaya qatılmağa dəvət ediləcəklər. İnnovativ xidmət və layihələrin rellaşdırılması ideyasını daşıyan “AZCLOUD Hackathon 2019” müsabiqəsində iştirakçılar təxminən 48-72 saatlıq müddət ərzində verilən texniki tapşırıq üzrə yeni həlli müəyyən edib, münsiflər heyətinə təqdim etməlidirlər. Müsabiqə üzrə qalib komanda isə 10 000 AZN məbləğində pul mükafatı qazanacaq. Xatırladaq ki, yarışmaya qatılmaq istəyən komandalar artıq iyul ayının 1-dən başlayaraq müsabiqənin rəsmi səhifəsində ((www.h.azcloud.az/reg) qeydiyyatdan keçirlər. Müraciətlərin son qəbul tarixi iyul ayının 31-dir.

Bənzər xəbər


    Layihəyə dəstək olmaq və ən son məlumatları əldə etmək üçün sizə uyğun olan sosial şəbəkələri izləyib, yerləşdirilən məlumatları paylaşa bilərsiniz:

Veb səhifə: https://h.azcloud.az/

Facebook: https://www.facebook.com/h.azcloud/

Facebook event: https://www.facebook.com/events/321974052068942/

YouTube: https://www.youtube.com/watch?v=3G5dFRAMBbM

Instagram: https://www.instagram.com/h.azcloud/

Telegram: https://t.me/h_Azcloud

    “Hackathon” proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, layihələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Qeyd edək ki, "Azercell Telekom” MMC daim gənclərinin potensiallarının üzə çıxarılması, onların təqdim etdiyi innovativ həllərin reallaşdırılması məqsədilə təşkil edilən layihələrin həyata keçməsinə dəstək olur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..


Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..


Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..


Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×