Azercell Eksklüziv indi Goranboyda

Azercell Eksklüziv indi Goranboyda

Sosyal Medya
31.08.2019 PAYLAŞIM

    Abunəçilərinə ən qabaqçıl müştəri təcrübəsi yaşatmağı hədəfləyən ölkənin telekommunikasiya bazarının lideri “Azercell Telekom” MMC yeni konsepsiyalı Eksklüziv mağazalarını ölkə boyu genişləndirməyə davam edir. Bu dəfə Azercell Goranboy şəhəri, Heydər Əliyev prospekti 10 ünvanında yerləşən yeni Eksklüziv mağazasını abunəçilərinin istifadəsinə təqdim edib. Bu münasibətlə əlaqədar şirkət yeni mağazanın müştərilərini xüsusi kampaniya ilə sevindirir. Belə ki, avqust ayının 27-dən etibarən 7 gün ərzində, Goranboy Eksklüziv mağazasından smartfon alan hər kəs 150 AZN-dək hədiyyə balansı əldə edəcək.

    Azercell-in yeni Eksklüziv mağazası ən müasir avadanlıqla təchiz olunaraq, Nordik konsepsiyasına uyğun şəkildə təşkil edilib. Bu mağazalarda abunəçilər ən son texnoloji yenilikləri dəstəkləyən məhsulları sınaqdan keçirə və müqayisə edə bilərlər. Peşəkar satıcılar müştərilərə düzgün seçim etmək, xidmətləri aktivləşdirmək və digər məsələlərdə yardım edir. Həmçinin mağazada mobil texnologiyaları dəstəkləyən müxtəlif aksessuralar, cihazlar, kredit və ya nağd şəkildə mobil telefonlar əldə etmək mümkündür.

    Goranboy Eksklüziv mağazası, Bazar ertəsi – Şənbə 09:00 – 20:00 (fasiləsiz), Bazar günü 09:00 – 19:00 (fasiləsiz) abunəçilərə xidmət göstərir. Beləliklə, ölkə boyunca artıq 23 Azercell Eksklüziv mağazası fəaliyyət göstərir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəa..


Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, inte..


Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trend..


Instagram servisi digər istifadəçilərin aktivliklərini izləmək özəlliyini ortada..

 Instagram 1 həftə ərzində öz tətbiqindən Following bölməsini çıxardacaq.


12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiril..

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir.


Instagram'ın iOS versiyası üçün də Dark Mode rejimi təqdim olundu

Android-in ardınca Instagram tərtibatçıları iOS əməliyyat sistemi üçün də öz tətbiqlərinin Dark Mode..