Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

Sosial Media
14.02.2019 PAYLAŞIM

Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olan, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına tövhə verən “Azercell Telekom” MMC , Azərbaycan Respublikası Təhsil Nazirliyi SABAH Qrupları Karyera Akademiyası proqramı çərçivəsində daha bir layihəyə dəstək verdi. Belə ki, 12-14 fevral tarixlərində Qubada təşkil edilmiş SABAH Karyera Qış Məktəbində Azercell şirkətinin əməkdaşları tələbələrə təlimlər keçib, bilik və təcrübələrini onlar ilə bölüşüblər. Azercell Akademiyasının peşəkar təlimçiləri Vahida Orucova, Sevinc Teymurova və Ceyhun Süleymanov “Təqdimat Bacarıqları” və “Karyera brendini yarat” mövzusunda təşkil olunmuş master-klassda tələbələr qarşısına çıxış ediblər. İki gün davam edən təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Onu da bildirək ki, Azercell əməklaşları 2017 və 2018-ci illərdə təşkil olunan SABAH Karyera Qış Məktəbi layihəsində həmçinin fəal iştirak ediblər. Ötən illərdə olduğu kimi, bu il də təlimlərdə əsas istiqamət karyera quruculuğu üzrə fundamental bacarıqların inkişafı olub.


Bənzər xəbər


Qeyd edək ki, 2017-ci ildə Təhsil Nazirliyi SABAH qrupları və “Azercell Telekom” MMC arasında memorandum imzalanıb. Memoranduma əsasən, Azercell şirkəti tərəfindən təşkil edilən Tələbə Təqaüd Proqramı və Təcrübə Proqramı çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qrupları tələbələri üçün hər il xüsusi yerlər ayırılır. Belə ki, Tələbə Təqaüd Proqramının 2019-cu il üzrə 25 qalibindən 9-u, məhz SABAH qruplarının tələbəri olub. Qaliblər ali təhsillərinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə, məlumat sessiyalarında və kurslarda iştirak etmək imkanını əldə edəcəklər. Əlavə olaraq, son 2 ildə 25 SABAH tələbəsi Azercell-in Tələbə Təcrübə Proqramı çərçivəsində təcrübə keçmək imkanına malik olmuşdular. Onlardan biri isə artıq Azercell Ailəsinə belə qoşulub.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi SABAH qrupları ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..


Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiya..

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatları..

×