Azercell 'Ən yaxşı stend dizaynına görə' sertifikatla təltif edildi

Azercell 'Ən yaxşı stend dizaynına görə' sertifikatla təltif edildi

Sosial Media
10.12.2019 PAYLAŞIM

    Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel”- Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisinin 25-ci Yubileyində baş sponsor və innovativ xidmətlərin təqdimatçısı qismində iştirak edib.  “Bakutel 2019” sərgisində bütün ziyarətçilər tərəfindən böyük maraqla qarşılanan şirkət stendi təşkilatçılar tərəfindən “Ən yaxşı stend dizaynına görə” xüsusi sertifikatla təltif edilib.



    Azercell hər il olduğu kimi, bu il də mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələrini öz stendində sərgiləyib. 6 000-dən çox iştirakçı tərəfindən ziyarət edilmiş Azercell-in ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yeniliklər təqdim edib. Xatırladaq ki, “Bakutel 2019” sərgisinin keçirildiyi dörd gün ərzində Azercell bütün sərgi iştirakçılarını stenddəki mobil telefon və böyük ekran üzərindən 5G şəbəkəsinin təmin etdiyi yüksək sürətli internetin üstünlüyünün şahidi olmaqla ən son nəsl mobil texnologiyanın real sürətini hiss etməyə imkan yaratdı. Bundan əlavə, 5G şəbəkəsi üzərindən 5G Multisensor, 5G  Konfrans, 5G Oyunlar və digər rəqəmsal həllər yerli və beynəlxalq qonaqların test rejimində istrifadəsi üçün təqdim edildi.


    Ötən ay Bakının Fəvvarələr Meydanında ilk dəfə 5G sürət sınağını həyata keçirən Azercell şirkəti hazırda  5G, Süni İntellekt (Aİ) və Əşyaların İnterneti (İoT) sahəsindəki ən son texnoloji nailiyyətləri yerli bazara gətirməklə, şirkətin məhsullar portfelini zənginləşdirmək üzərində çalışır. Şirkətin hədəfi gələcəyin cəmiyyətini və iqtisadiyyatını formalaşdıran texnoloji tendensiyalarla ayaqlaşmağı öndə tutaraq yüksək sürətli mobil internet və daimi bağlantını bütün abunəçilər üçün təmin etməkdir.  

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook və Instagram-da like sayının gizlədilməsi üzrə yeni sistemin qlobal tes..

İndiyənə kimi like sayının gizlədilməsi funksiyası yalnız kiçik istifadəçi kütləsi üzərində test olu..


Facebook şirkəti Hotline adlı Clubhouse analoqunun beta testinə start verib

Facebook şirkətinin strukturuna daxil olan NPE Team adlı təcrübi komanda Hotline adlı tətbiqin beta ..


Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisi işə salıb..

Məşhur Clubhouse sosial şəbəkəsi tətbiq daxilində Payments adlı servisin istifadəyə verildiyini elan..


Whatsapp-da mesajların iOS-dən Android-ə inteqrasiya funksiyası reallaşdırılacaq..

Whatsapp tərtibatçıları messencer üçün yeni funksiya üzərində çalışırlar və həmin funksiya sayəsində..


iOS istifadəçiləri tətbiqlərə və oyunlara Android istifadəçilərdən 2 dəfə daha ç..

App Annie adlı analitik platforma smartfon istifadəçilərinin tətbiqlərə nə qədər vəsait xərclədiklər..


Youtube dislike sayının gizlədilməsi funksiyasını test edəcək

Youtube bildirib ki, o, dislike sayının görünmədiyi bir sıra interfeysi test edir. Məlumatda əsasən ..

×