Azercell ilə əsl rahatlığı hiss edin!

03.06.2019 0 PAYLAŞIM 802 OXUNMA

    Rəqəmsal dünyanı müştəriləri üçün daha əlçatan etməyi hədəfləyən Azercell bu dəfə abunəçilərini bir çox imkanları özündə birləşdirən yeni “Sərbəst” tarif paketi ilə sevindirir.

    Yeni “Sərbəst” tarif paketi internet və danışıq xidmətlərinin aktiv istifadəçilərinə əlverişli qiymətlərdən yararlanaraq, rabitə xərclərinə qənaət və tam rahatlıq əldə etmək imkanı təqdim edir. “Sərbəst” tarif paketi Azercell abunəçilərinə bir tarif paketi çərçivəsində pulsuz danışıq dəqiqələri və internet, Whatsapp, Facebook messenger, Telegram, Viber, Twitter mobil tətbiqləri vasitəsilə pulsuz yazışma imkanı və hətta Facebook, Instagram və Youtube mobil tətbiqlərindən pulsuz istifadə fürsətini təklif edir.


    “Sərbəst” tarif paketlərinə qoşulmaq qaydası çox sadədir: Fakturasız Xətt abunəçiləri müvafiq açar sözünü 7575 qısa nömrəsinə, Fakturalı Xətt abunəçiləri isə 650 qısa nömrəsinə göndərə bilərlər.

    Qeyd edək ki, “Sərbəst” tarif paketinə ilk dəfə qoşulan Fakturalı Xətt abunəçilərinə 50% endirim təqdim edilir.

    Sizə ən uyğun “Sərbəst” tarif paketini seçin və sevdiklərinizlə ünsiyyətinizə sərhəd qoymayın!

    Əlavə məlumat üçün aşağıdakı səhifələrə daxil olun:

    https://www.azercell.com/az/personal/tariffs/prepaid/serbest/

    https://www.azercell.com/az/personal/tariffs/postpaid/serbest_postpaid/