Azercell ilə 'Karyerada ilk addım'ını at!

Azercell ilə 'Karyerada ilk addım'ını at!

Sosyal Medya
02.12.2019 PAYLAŞIM

    Ölkədə gənclərin həm fərdi, həm də peşəkar inkişafına təkan verən layihələrin təşəbbüskarı və Karyera Sərgilərinin fəal iştirakçısı olan “Azercell Telekom” MMC bu dəfə də ənənəsinə sadiq qalıb. Şirkət, Azərbaycan Texniki Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin birgə əməkdaşlığı çərçivəsində noyabr ayının 28-i İdman sarayında təşkil olunan II Karyera Sərgisinə qatılıb.  “Karyerada ilk addım” devizi altında keçirilən bu sərgi iş imkanlarını gənc peşəkarlarla paylaşmaqla yanaşı, həm də onların müəssisə əməkdaşları ilə ünsiyyət qurması və iş həyatında möhkəm addımlarla irəliləməsi yönündə önəmli bir təşəbbüsdür.

    Azercell şirkətinin İnsan Kapitalının İdarə Edilməsi şöbəsinin əməkdaşları sərgi iştirakçılarına əmək bazarındakı son tendensiyalardan bəhs edib və onları maraqlandıran sualları cavablandırıb. Həmçinin Azercell əməkdaşları şirkətdə mövcud olan vakansiyalar, tələbələr üçün nəzərdə tutulan Təqaüd və Təcrübə proqramları barədə də bəhs edib.

    Vurğulamaq istərdik ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin böyük bir qismi təhsil sahəsinə aiddir. Ölkənin aparıcı ali təhsil mərkəzləri ilə əməkdaşlıq edən Azercell bu minvalla gənclərin potensiallarının üzə çıxarılmasına, onların peşəkar kadr olaraq yetişdirilməsinə öz dəstəyini verir. 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Instagram-a yaş qadağası gəldi: 13 yaşdan kiçiklər istifadə edə bilməyəcək..

Instagram yeni qaydalara əsasən 13 yaş limitini tətbiq etməyə başladı. 13 yaşından kiçiklər artıq İn..


50%-DƏK ENDİRİMLƏR, ƏYLƏNCƏLİ KONSERT, MARAQLI HƏDİYYƏLƏR – KONTAKT HOME-UN BU M..

6 dekabr saat 20:00-da Kontakt Home-un “Azadlıq Metrosu” mağazasının rəsmi açılış gecəsinə ailənizlə..



Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı

Davamlı texnoloji inkişaf üçün yeni imkanlardan faydalanaraq Bakutel-2019 Telekommunikasiya sərgisi ..


Rusiya öz Wikipedia-sını açır: Böyük Rus Ensiklopediyası

Rusiya dövləti öz vətəndaşlarına Wikipedia-nın təhlükəli və yalan məlumatlarla dolu olduğunu deyir. ..


Apple şirkəti bu il iPhone istifadəçiləri arasında məşhur olmuş tətbiqlərin reyt..

Apple şirkəti iOS istifadəçilərinin ən çox yüklədiklləri tətbiqlərin reytinqini tərtib edib...


Azercell ilə limitsiz WhatsApp yazışmaları!

Ölkədə texnoloji innovasiyaların təminatçısı kimi tanınan və əhalinin əksəriyyətinin seçimi olan “Az..