Azercell'in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Azercell'in dəstəklədiyi “Uşaq Qaynar Xətt” xidmətinə yay ayları ərzində 1547 müraciət daxil olub

Sosyal Medya
12.09.2019 PAYLAŞIM

    Məqsədi uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, reabilitasiya mərkəzlərinə və digər xidmətlərə yönləndirmə və təxirəsalınmaz köməyin göstərilməsi olan “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu ilin iyun-avqust aylarında 1547 müraciət daxil olub. Daxil olan zənglərin 89-u psixoloji, 194-ü hüquqi, 901-i təhsil, 80-i səhiyyə, 125-i sosial, 158-i isə digər məsələlərə aiddir. Müraciətlərin 1440-ı 18 yaşdan yuxarı, 107-si isə 18 yaşdan aşağı şəxslər tərəfindən edilib. Qeyd edək ki, “Uşaq Qaynar Xətt” xidmətinə zənglər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən daxil olur. Xatirladaq ki, öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində daim qayğıya ehtiyac olan uşaqlar üçün layihələr ilə seçilən Azercell şirkəti 2018-ci ilin iyun ayının 13-dən etibarən “Uşaq Qaynar Xətt” xidmətinin Göygöl ofisini istifadəyə təqdim edib. Mərkəz Göygöl rayonunun sakinləri ilə yanaşı, ətraf rayonlarda (Goranboy, Gəncə, Şəmkir, Qazax, Ağstafa) yaşayan uşaqlara da xidmət göstərir. 

    Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək İctimai Birliyi”nin təşkilatçılığı ilə 24/7 rejimdə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə həm şəhərdaxili, həm də Azercell nömrələrindən edilən zənglər ödənişsizdir. (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80 və (051) 580 22 80 nömrələri ilə günün istənilən saatında Qaynar Xətt Xidmətinə müraciət etmək imkanı yaradılıb. Həmçinin, “Uşaq Qaynar Xətt”-inin dünyanın istənilən nöqtəsində əlçatan olmasını təmin etmək üçün, Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə xidmətin IOS və Android əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilib.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəa..


Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, inte..


Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trend..


Instagram servisi digər istifadəçilərin aktivliklərini izləmək özəlliyini ortada..

 Instagram 1 həftə ərzində öz tətbiqindən Following bölməsini çıxardacaq.


12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiril..

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir.


Instagram'ın iOS versiyası üçün də Dark Mode rejimi təqdim olundu

Android-in ardınca Instagram tərtibatçıları iOS əməliyyat sistemi üçün də öz tətbiqlərinin Dark Mode..