Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 'Uşaq Qaynar Xətt' xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

Azercell-in dəstəyi ilə fəaliyyət göstərən 'Uşaq Qaynar Xətt' xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

Sosial Media
11.01.2020 PAYLAŞIM

    Fəaliyyət dövrü ərzində daima sosial layihələr həyata keçirən Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin dəstəklədiyi  “Uşaq Qaynar Xətt” xidməti 2019-cu ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. 

    Uşaqlara ilkin psixoloji yardımın, emosional dəstəyin, müxtəlif problemlərin həllinə dair məsləhətlərin verilməsi, ehtiyac olduğu halda müraciət edənlərin reabilitasiya mərkəzlərinə, digər xidmətlərə yönləndirməsi və təxirəsalınmaz köməyin göstərilməsi  məqsədilə yaradılan “Uşaq Qaynar Xətt” xidməti 2019-cu il ərzində 5061 zəng qəbul edib. Müraciətlərin 435-i psixoloji, 622-i hüquqi, 2776-ı təhsil, 247-i səhiyyə, 387-i sosial, 594-ü isə digər məsələlərə aiddir. Onu da vurğulayaq ki, il boyu mərkəzə Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Ukrayna, Qazaxıstan, Avstriya, Belarus, Bolqarıstan, Lüksemburq və  Özbəkistandan da zənglər daxil olub. Müraciətlər əsasən ailə üzvləri, müəllimləri və yaşıdları tərəfindən təzyiqə məruz qalan, boşanma nəticəsində valideynlərindən biri ilə ünsiyyətdən qismən məhrum olan uşaqlar tərəfindən edilib.


    Qeyd edək ki, yeniyetmə və azyaşlıların fiziki və psixi sağlamlığının qorunmasına xüsusi önəm verən Azercell şirkətinin təşəbbüsü ilə  2019-cu ildə “Uşaq Qaynar Xətt” xidməti üçün 116-111 qısa nömrəsı ayrılıb. Bununla da, dəstəyə ehtiyacı olan gənclərə qaynar xəttin əməkdaşları ilə daha rahat əlaqə qurmaq imkanı təqdim edilib. Xatırladaq ki, hələ 2017-ci ildə Azercell-in dəstəyi və təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətinin Android və iOS əməliyyat sistemlərini dəstəkləyən mobil tətbiqi istifadəyə verilməklə, xidmətin dünyanın istənilən nöqtəsində əlçatanlığı təmin edilib.

    “Uşaq Qaynar Xətt” xidməti Azercell Telekom-un dəstəyi, “Ümidli Gələcək Sosial Təşəbbüslər” İctimai Birliyinin təşkilatçılığı ilə 24/7 rejimdə çalışır. “Uşaq Qaynar Xətt” xidmətinə günün istənilən vaxtında (012) 480 22 80, (050) 680 22 80, (051) 880 11 80, (051) 880 22 80, (051) 580 22 80 və 116-111 nömrələri vasitəsilə həm şəhərdaxili, həm də Azercell nömrələrindən ödənişsiz olaraq müraciət etmək mümkündür.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Wikipedia son 10 ildə ilk dəfə öz interfeysinin dizaynını dəyişəcək

Wikipedia öz saytının desktop versiyasını son 10 ildə ilk dəfə yeniləyəcək. Bu barədə saytın inkişaf..


Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib: Səbəb nədir?

Youtube-un keçmiş moderatoru videoservisi məhkəməyə verib. Belə ki, videoservis onu və onun iş yolda..


Facebook-da kontenti qeyri-leqal kopyalanmadan qoruyan sistem işə salınıb

Facebook şirkəti Rights Manager adlı müəllif hüquqlarının qorunması proqramını işə salıb. Sözügedən ..


Instagram-a yeni funksiya gəlir: İanə toplamaq üçün xüsusi paylaşım dəstəyi..

Instagram üzərində işlədiyi yeni funksiya ilə birliktə istifadəçilərin ianə toplaya biləcəyi postlar..


Yaxın zamanda Instagram hekayələrinə (Story-lər) Facebook üzərindən baxmaq mümkü..

Facebook şirkəti sosial mediaları birləşdirməyə davam edir. Bu səfər Instagram heyakələri Facebook-a..


TikTok ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib

ByteDance şirkətinə məxsus olan TikTok servisi ilk dəfə olaraq öz qlobal statistikasını təqdim edib...

×