Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib

Sosyal Medya
15.11.2019 PAYLAŞIM

    “Azercell Telekom” MMC, UNİCEF-in Azərbaycan nümayəndəliyi, BP və Toyota şirkətlərinin dəstəyi, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə 14 noyabr tarixində Abşeron Olimpiya İdman kompleksində V Uşaq Paralimpiya Oyunları keçirilib. Açılış mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev Paralimpiya Oyunlarını möhkəmliyin, iradənin qeyri-şərtsiz qələbəsi, əzmkarlıq, özünə inam adlandırıb və bütün iştirakçılara uğurlar arzu edib.

    Yarışda yerli idmançılarımızla yanaşı, Gürcüstan Respublikasından olan iştirakçıların da yer aldığı 180 paralimpiyaçı 7 idman növündə qüvvələrini sınayıb. Qələbə qazanan iştirakçılar kubok, medal və diplomlarla mükafatlandırılıb.

    Qeyd edək ki, 2013-cü ildə beynəlxalq təcrübədə ilk dəfə olaraq Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində Uşaq Paralimpiya Komitəsi yaradılıb. Komitənin fəaliyyətinin əsas məqsədi sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunması yolu ilə ehtiyat idmançıların hazırlanması, onların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasının təmin edilməsidir. Sosial layihələrə xüsusi diqqət ayıran “Azercell Telekom” MMC bu önəmli təşəbbüsə öz töhfəsini vermək üçün 2014-cü ildən etibarən komitənin fəaliyyətini dəstəkləyir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-dən 5G virtual oyunları və fotomüsabiqə!

Lider mobil operator “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkasında bir ay ərzində həm supersürətli..


Youtube servisi adi istifadəçilər üçün rəy yazmaq qaydalarını sərtləşdirdi..

Youtube videoservisi istifadəçilərin videoservisdən istifadə qaydalarını yenidən sərtləşdirib...


DeepFake texnologiyası Snapchat-ə gəlir

DeepFake texnologiyası haqqında daha əvvəl də yazmışdıq. Bu səfər isə Snapchat platforması bu texnol..


Sağlamlıq üçün faydalı 6 yerli tətbiq

İSİM tərəfindən yeni mobil əlavə hazırlandı


Azercell 'Ən yaxşı stend dizaynına görə' sertifikatla təltif edildi

Azercell Telekom 2019-cu ilin dekabr ayının 3-dən 6-a kimi Bakı Ekspo Mərkəzində keçirilmiş “Bakutel..


Whatsapp messencerinə Whatsapp Reminders adlı xatırlatma funksiyası əlavə edilib..

Məşhur Whatsapp messencerində tapşırıqların yaradılması və xatırlatmaların təyin edilməsi funksiyası..