Azercell-in 'Mobil Diş Klinikası ödənişsiz müayinələrin təşkilini davam etdirir

Azercell-in 'Mobil Diş Klinikası ödənişsiz müayinələrin təşkilini davam etdirir

Sosyal Medya
03.11.2019 PAYLAŞIM

    Ölkənin rəqəmsal həllər təqdim edən lider operatoru “Azercell Telekom” MMC həm də Korporativ Sosial Məsuliyyət proqramlarının daimi təşəbbüskarı və iştirakçısı kimi tanınır. “Mobil Diş Klinikası” şirkətin sosial əhəmiyyət daşıyan layihələrindən biridir. Fəaliyyəti boyunca 4 mindən çox insana yardım etmiş klinika oktyabr ayında Qaradağ rayonu, Sahil qəsəbəsinə səfər edib. Bir ay davam edən müayinə və müalicə tədbirlərindən aztəminatlı və məcburi köçkün ailələrindən olan uşaqlar, habelə sağlamlıq imkanları məhdud körpələr yararlanıb. Ümumilikdə 118 uşağa tibbi yardım göstərilib.

    Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları və qaçqın düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir.

    Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Instagram'a TikTok'dakı kimi video redaktor əlavə oluna bilər

Instagram-da yeni funksiyalar barəsində məlumatlar verən tərtibatçı Jane Manchun Wong Instagram-da T..


Youtube servisi yeni qanun vasitəsilə istənilən istifadəçi hesabını bağlaya bilə..

Bu ilin yay fəslində bir sıra sərt qaydaların qüvvəyə minməsindən sonra Youtube videoservisdən istif..


Whatsapp şübhəli adlara sahib qrup çatlarındakı istifadəçiləri bloklayır..

Whatsapp messenceri şübhəli adlara sahib qrup çatlarının istifadəçilərini bloklamağa başlayıb...


Müştəri məmnuniyyəti istiqamətində Azercell-dən yeniliklər

“Azercell  Telekom” MMC  abunəçilərini innovativ xidmətlər və maraqlı məzmun təklifləri ilə təmin et..


Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

“Azercell Telekom” MMC yeni “Samsung smartfonları” kampaniyası çərçivəsində abunəçilərə 12 aylıq 1..


Azercell-in 'Mobil Göz Klinikası'nın yeni səfərləri

Müasir texnologiyalar və effektiv həllərin tətbiqi vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləy..