Azercell-in 'Mobil Diş Klinikası' təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

Azercell-in 'Mobil Diş Klinikası' təmənnasız tibbi müayinələrin təşkilini davam etdirir

Sosial Media
15.05.2019 PAYLAŞIM

    Korporativ Sosial Məsuliyyət Strategiyasında müasir texnologiyaların köməyilə insan həyatının keyfiyyətinin artırılmasını hədəfləyən Azercell, fəaliyyəti boyunca bu istiqamətdə bir sıra sosial layihələrin həyata keçirilməsini dəstəkləyib. Azercell-in təşəbbüsü ilə yaradılan “Mobil Diş Klinikası” bu layihələrdəndir. Həm Bakı, həm də regionlardakı uşaq evlərinə səfər edən klinika növbəti diş müayinələrini Bilgəh qəsəbəsi, 11 saylı inteqrasiya təlimli internat məktəbində təşkil edib. Bir ay boyunca davam edən səfərdə 71 uşaq müayinə və lazımi müalicə ilə təmin edilib.

    Azərbaycandakı əksər uşaq evlərində stomatoloji kabinetin olmamasını nəzərə alan “Azercell Telekom” MMC “Mobil Diş Klinikası”nı ən müasir tibbi avadanlıqla təchiz edib. Vurğulamaq istərdik ki, klinikanın əsas hədəfi internat məktəblərinin şagirdlərini, valideyn himayəsindən məhrum uşaqları, qaçqın və məcburi köçkün düşərgələrində məskunlaşmış körpələri müayinə və müalicə etməkdir. Qeyd edək ki, bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi” İctimai Birliyi tərəfindən həyata keçirilir.

Bənzər xəbər


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Bill Gates, insanların çipləşdirilməsi ittihamlarına fikir bildirdi

Koronavirus pandemiyasının fonunda internetdə çoxlu sayda nəzəriyyə yaranıb.


Azercell 'Telegram Bot' - rəqəmsal dünyada yeni bələdçiniz!

Lider mobil operator innovativ “Telegram Bot” xidmətini təqdim edir


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..

×