Azercell'in Mobil Göz Klinikası Ağdama səfər edib

Azercell'in Mobil Göz Klinikası Ağdama səfər edib

Texnologiya
30.01.2019 PAYLAŞIM

Valideyn himayəsindən məhrum uşaqlarda, eləcə də ahıllar və aztəminatlı ailələrdə göz xəstəliklərinin müayinəsinin təşkili və profilaktikasının aparılması məqsədilə 2011-ci ildə “Azercell Telekom” MMC tərəfindən yaradılan “Mobil Göz Klinikası” bu ilin ilk səfərini Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 18 saylı tam orta köçkün məktəbinə edib. Yanvar ayında təşkil olunan səfərdə 38 nəfər uşaq pulsuz göz müayinəsindən keçib. Ehtiyacı olan uşaqlara müalicələr təyin olunub, eləcə də eynəklər paylanılıb.


Bənzər xəbər


Qeyd edək ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə “Xəzər Qayğıkeşlik Layihəsi" ictimai birliyi tərəfindən həyata keçirilir. Fəaliyyətinin 8 ili ərzində layihə çərçivəsində “Mobil Göz Klinikası” Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri bölgələrə də üz tutub, müalicəyə ehtiyacı olan şəxslərə yardım ediblər. Təkcə ötən il 33 səfər çərçivəsində 1368 nəfər müayinədən keçib ki, bunun da 975 nəfərini uşaqlar təşkil edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×