Azercell-in Naxçıvan MR-na səfəri uğurla baş tutdu

Azercell-in Naxçıvan MR-na səfəri uğurla baş tutdu

Sosyal Medya
04.08.2019 PAYLAŞIM

    Dünya trendlərinə uyğun xidmətləri, ən effektiv həlləri, həmçinin sərfəli kampaniyaları ilə ölkə əhalisinin əksəriyyətinin seçimi olan və fəaliyyətinin yeni rəqəmsal dövrünə qədəm qoyan “Azercell Telekom” MMC-nin “Rəqəmsal dünya bölgələrdə” adlı yeni layihəsi Naxçıvan şəhərindən başlayaraq, Şərur və Ordubadda da keçirilmiş, muxtar respublikanın sakinləri tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Belə ki, bu səfər zamanı Azərbaycanın rabitə bazarının lider mobil operatoru Azercell on mindən çox insanı bir araya toplamağa müvəffəq olmuşdur.


    Azercell bölgə sakinləri ilə görüşərək, onları yeni rəqəmsal məhsullar olan “Kabinetim” tətbiqi, “BuludCinema”, “TelekomTv” xidmətləri, mobil internet cihazları və www.azercellim.com onlayn bazası, rabitə xərclərinə qənaət etmək imkanı yaradan “Sərbəst”, “GəncOL” və “Sadə” tarif paketləri ilə tanış etmişdir. Bundan əlavə, səfərlər çərçivəsində müxtəlif proqramlar, intellektual və əyləncəli oyunlar, müsabiqələr keçirilmiş, abunəçilərə hədiyyələr paylanmışdır. Qeyd edək ki, Azercell-in dəstəklədiyi “İmzanı Tanıt” sosial layihəsinin iştirakçıları da tədbirə qatılmış və öz əl işlərini nümayiş etdirmişlər.


    Ölkəmizə 4G xidmətini ilk təqdim edən şirkət olaraq Azercell, abunəçilərinin gözləntilərini qarşılamaq və respublikamızın bütün sakinlərini bərabər texnoloji imkanlarla təmin etmək üçün 2018-2019-cu illər ərzində LTE şəbəkəsinin bütün ölkə üzrə gücləndirilməsi və genişləndirilməsini həyata keçirmişdir. Bunun nəticəsində şirkət, Azərbaycanın 57 şəhər və rayonunda əhali əhatəsi dairəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% artıma nail olmuşdur. Bu müddətdə 1007 yeni LTE stansiyası qurularaq, 4G stansiyalarının ümumi sayı 1667-yə çatdırılmış, günlük LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək artım qeydə alınmışdır. Hazırda ölkə boyu 7000-dən çox stansiya daimi bağlantını təmin etməkdədir.

    Avqust ayında Azercell-in Rəqəmsal Dünyasını öz bölgənizdə gözləyin!



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-in 'Kabinetim' mobil tətbiqi yeniləndi!

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkən..


Instagram'a istifadəçi hesablarının kateqoriyaları funksiyası əlavə ediləcək..

Instagram sosial şəbəkəsi abunəçilərin rahat şəkildə idarə olunması üçün müəyyən kateqoriyalar üzrə ..


'NASA Space Apps Azerbaijan' hakatonunun qalibləri müəyyən oldu

18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhəl..


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...