Azercell-in Rominqi millər qazandırır!
Sosial Media
19.11.2019
Emil Nəcəfov
Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq üçün “Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell, Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə Rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari ilin noyabr ayının 1-dən 2020-ci il, yanvar ayının 31-dək PAŞA Bankın “Miles&Smiles” kartının sahibi olan Azercell abunəçiləri Rominq xidməti çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.
Həmçinin 2020-ci il, yanvar ayının 31-dək Azercell-in Rominq İnternet Paketlərindən birini aktivləşdirən abunəçilər səfər zamanı WhatsApp mobil tətbiqi üzərindən yazışmalardan pulsuz istifadə edə biləcəklər.
Vurğulayaq ki, Azercell 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli Rominq İnternet Paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.
PAŞA Bankın “Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün https://miles.pashabank.az/ səhifəsinə daxil olun.
Azercell-in Rominq İnternet Paketləri barədə ətraflı məlumatla https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsindən tanış olmaq mümkündür.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!