Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!

Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə imkanı!

Sosyal Medya
25.06.2019 PAYLAŞIM

    Müasir texnologiyalar və effektiv həllər vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən Azercell fəaliyyətində yeni bir dövrə qədəm qoyub. Belə ki, 21 iyun tarixində şirkət yeni brend kimliyini ictimaiyyətə açıqlayıb. Yeni rəqəmsallaşma strategiyası çərçivəsində Azercell, məhsullar portfelini daha da zənginləşdirərək, abunəçilərə “Zvuk”, “Bookmate”, “TelekomTv“, “BuludCinema” və “IVI” xidmətləri üzrə ödənişsiz premium istifadə imkanı təqdim edir.

    “Zvuk” xidməti ilə smartfonunuzda istənilən musiqi parçasını dinləmək və öz play list-inizə əlavə etmək çox asandır. 21 iyun – 30 iyul tarixləri ərzində 7707 qısa nömrəsinə Bonus sözünü göndərməklə, abunəçilər “Zvuk” xidmətindən 30 gün müddətində ödənişsiz istifadə edə bilərlər.

    850 000-dən çox kitabla “Bookmate” xidməti sizin sevimli virtual kitabxananıza çevriləcək. Xidmətdən 30 gün ərzində ödənişsiz istifadə imkanından faydalanmaq üçün 21 iyun- 30 iyul tarixləri ərzində 7171 nömrəsinə Bonus sözünü göndərmək lazımdır.

    Azercell dünya və yerli kanalları mobil telefonunuza daşıyan “TelekomTV” xidmətindən də ödənişsiz premium istifadə fürsəti təqdim edir. Yararlanmaq üçün 21 iyun -30 iyul tarixləri aralığında 4040 nömrəsinə Bonus sözünü göndərmək kifayətdir.

    HD formatda təqdim olunan filmləri asanlıqla izləyə biləcəyiniz “BuludCinema” xidmətindən 30 günlük ödənişsiz premium istifadə imkanını əldə etmək üçün 21 iyun-30 iyul tarixləri ərzində 4044 qısa nömrəsinə Bonus açar sözü göndərilməlidir.

    Azercell məkanından asılı olmayaraq, ən sevilən film və serialları izləyə biləcəyiniz “IVI” xidməti çərçivəsində 10 günlük ödənişsiz premium istifadə imkanı hədiyyə edir. 21 iyun – 30 iyun tarixləri ərzində 3333 nömrəsinə Bonus sözünü göndərməklə, bu fürsətdən yararlanmaq mümkündür.

    Qeyd edilən xidmətlərə ödənişsiz premium istifadə imkanı yalnız ilk qoşulma zamanı təqdim olunur. Ödənişsiz istifadə üçün ayrılan müddət başa çatdıqda, xidmətə abunəlik dayandırılır və əlavə haqq tutulmur.

    “Zvuk”, “Bookmate”, “BuludCinema” və “IVI” xidmətinin tətbiqləri IOS və Android əməliyyat sistemlərini, “TelekomTv” tətbiqi isə yalnız Android əməliyyat sistemini dəstəkləyir. Tətbiqləri müvafiq olaraq, Applestore və ya Google Play vasitəsilə yükləmək mümkündür.

    Azercell-in yenilənmiş rəqəmsal məhsullar portfelindən ödənişsiz istifadə fürsətini qaçırmayın!



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-in 'Kabinetim' mobil tətbiqi yeniləndi!

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkən..


Instagram'a istifadəçi hesablarının kateqoriyaları funksiyası əlavə ediləcək..

Instagram sosial şəbəkəsi abunəçilərin rahat şəkildə idarə olunması üçün müəyyən kateqoriyalar üzrə ..


'NASA Space Apps Azerbaijan' hakatonunun qalibləri müəyyən oldu

18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhəl..


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...