Azercell 'ITU Telecom World 2019' beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Azercell 'ITU Telecom World 2019' beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Sosial Media
10.09.2019 PAYLAŞIM

    “Azercell Telekom” MMC informasiya kommunikasiya texnologiyaları sahəsində ilin ən mühüm hadisələrindən biri sayılan “ITU Telecom World 2019” beynəlxalq sərgi-konfransında iştirak edir. Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən sərgi İKT sahəsində innovasiyaların daha sürətli tətbiqi üçün mövcud imkanları nümayiş etdirir. Sərgidə ölkəmizin Milli Pavilyonu təşkil edilib.  Pavilyonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla  birlikdə Azercell şirkəti də ölkəmizi təmsil edir. Burada Azercell sərgi iştirakçılarını özünün yeni brend kimliyi və rəqəmsallaşma strategiyası, 4G şəbəkəsinin ölkə boyu sürətlə genişləndirilməsi sahəsində nailiyyətləri, eləcə də, biznes qurumlar və fərdi istifadəçilər üçün təqdim etdiyi geniş çeşidli innovativ xidmətləri ilə tanış edir.


    Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə baş tutan beynəlxalq tədbir “Birlikdə innovasiyalar gətirərək: Əhəmiyyət kəsb edən bağlılıq” şüarı altında keçirilir. “ITU Telecom” World 2019 beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasını təmin etmək üçün hökumətlər və təşkilatların əməkdaşlığını artırmaqdır.

    “ITU Telecom World 2019”  sərgisində dünyanın müxtəlif ölkələrinin və regionlarının təqdim etdiyi İKT texnologiyaları, layihələri və məhsulları ilə tanış olmaq mümkündür. Bu sərgidə İT sahəsinin innovativ inkişaf təşəbbüsləri nümayiş etdirilir, tərəfdaşlıq və investisiya imkanları təqdim edilir.  

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.

×