Reklam
Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

Azercell jurnalistlər üçün təşkil edilən ingilis dili kurslarının qaliblərini mükafatlandırıb

Sosial Media
20.09.2019 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC tərəfindən mətbuat nümayəndələri üçün təşkil edilən növbəti ingilis dili kursları başa çatıb. Şirkət sentyabr ayının 18-də kursu müvəffəqiyyətlə bitirən jurnalistlərlə görüş keçirib. Tədbirdə çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev, mətbuat nümayəndələrini cəmiyyətin rəqəmsal savadlılıq səviyyəsinin artırılması istiqamətində şirkətin əsas tərəfdaşı adlandırıb. “İctimai fikrin formalaşmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində töhfəniz böyükdür və danılmazdır” deyə Vahid M. öz çıxışında bildirib. Tədbirin sonunda iştirakçılar Azercell şirkəti tərəfindən sertifikat və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıb.


    Qeyd edək ki,  6 ay davam edən kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb. Məşğələlər “Language Solutions” şirkəti tərəfindən  bir neçə səviyyəli proqram üzrə tədris olunub.

    “Azercell Telekom” MMC qloballaşma dövründə mətbuat nümayəndələrinin daha çox resurslara çıxışını təmin etmək, eləcə də onların beynəlxalq əlaqələr qurmasına və təcrübə mübadiləsindən faydalanmasına şərait yaratmaq üçün müntəzəm şəkildə müxtəlif peşəkar təlimlər və xarici dil kursları keçirir. Şirkət 22 illik fəaliyyəti boyunca ölkədə jurnalistikanın inkişafına dəstək olmaq məqsədilə bir çox layihələri reallaşdırıb. Məlumat üçün bildirək ki, indiyədək 500-ə yaxın jurnalist Azercell şirkətinin təşkil etdiyi ingilis dili kurslarının iştirakçısı olub.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-ın aylıq xərci nə qədər təşkil edir?

Pavel Durov-un daha əvvəlki bəyanatlarına və fərdi mənbələrə əsaslanaraq Forbes əməkdaşları Telegram..


Instagram istifadəçilərin yaşlarını təyin etmək üçün süni zəka sistemindən istif..

Instagram öz istifadəçilərinin yaşlarını təyin edən yeni üsulları test edir. Onların arasında Yoti a..


Meta-nın Instagram və Facebook platformalarında yeni monetizasiya imkanları isti..

Meta şirkətinin CEO-su Mark Zuckerberg elan edib ki, şirkət kontent yaradıcıları üçün olan monetizas..


Aylıq ödənişli Telegram premium istifadəyə verilib

Telegram messenceri öz servisində Premium abunəliyin istifadəyə verildiyini elan edib. Bu barədə məl..


Pavel Durov aylıq ödənişli Telegram Premium-u anons edib

Uzun müddət idi ki, internetdə Telegram Premium barəsində məlumatlar ortaya çıxırdı.


Telegram Premium-un istifadəçilər üçün olacaq bütün üstünlükləri məlum olub..

Telegram-da ödənişli funksiyaların istifadəyə veriləcəyi barəsində məlumatlar artıq uzun müddətdir k..

×