Azercell 'Kabinetim' mobil tətbiqinin yeni versiyasını təqdim edir

Azercell 'Kabinetim' mobil tətbiqinin yeni versiyasını təqdim edir

Sosial Media
15.05.2020 PAYLAŞIM

    İstifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə “Azercell Telekom” MMC tərəfindən işlənib hazırlanmış “Kabinetim” mobil tətbiqinin yeni versiyası abunəçilərin ixtiyarına verildi. Artıq abunəçilərin işini daha da asanlaşdıran, bəzi funksiyaları əlçatan edən yeni imkanlar vasitəsilə tətbiq daha rahat, funksional və rəqəmsal xüsusiyyətlərə malikdir. 

    Belə ki, “Kabinetim” mobil tətbiqinin yeni versiyasında abunəçi istifadə etdiyi nömrənin rəsmi sahibini asanlıqa öyrənə bilər. Bunun üçün sadəcə proqramdakı kənar menyuya daxil olmaq kifayətdir. Digər yenilik “Mənim Profilim” bölməsində edilib. Bu bölmədə imza sahibinin adı və soyadı ilə yanaşı, əlavə əlaqə nömrəsi və elektron ünvanın qeyd olunması üçün imkan yaradılıb. Sözügedən hər iki funksiyadan yalnız fiziki şəxslər yararlana biləcəklər. 


    Önəmli yeniliklərdən biri də Mobil Ödəmə sisteminin təkmilləşdirilməsi ilə bağlıdır. Belə ki, fakturasız xətt istifadəçiləri artıq öz nömrəsinə aid kabinetdən digər Azercell nömrəsinə balans köçürə bilər. Bundan əlavə, yenilənmiş “Kabinetim” mobil tətbiqində “İnternet” və “Balansı artır” bölmələrindən istifadəçi təcrübəsi də təkmilləşdirilib. 

    Qeyd edək ki, “Kabinetim” mobil tətbiqinin önəmli xüsusiyyətlərindən biri də odur ki, tətbiqdən istifadə zamanı meqabaytlar xərclənmir. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional "Kabinetim” tətbiqini "App Store” və ya "PlayStore”dan yükləmək mümkündür. Tətbiq avtomatik yenilənməyibsə, yükləmə üçün bit.ly/Kabinetim keçidindən istifadə etmək olar.

    Müasir texnologiyalar və rəqəmsal həlləri təqdim edən “Kabinetim” tətbiqi istifadəçilərə nömrə xəttini şəxsən idarə etmək, balansı nəzarətdə saxlayıb artırmaq, internet paketləri və rominq internet paketlərini aktivləşdirmək, tarif paketini dəyişmək və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi üzərindən onlayn çat vasitəsilə Azercell müştəri xidmətlərinə müraciət etmək və QR skan ilə xidmətlərə qoşulmaq da mümkündür. 

    Rəqəmsal həllərin tətbiqi yolu ilə müştəri məmnuniyyətini daha da yüksəltməyi hədəfləyən Azercell “Kabinetim” tətbiqinin funksionallığını artırmaqda davam edəcək. Odur ki, istifadəçilər mobil tətbiqlə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Telegram-a yeni funksiyalar əlavə edilib

Telegram tərtibatçıları mütəmadi olaraq messencerin funksionallıqlarını genişləndirirlər. ..


Whatsapp yeni konfidensiallıq siyasətini qəbul etməyən istifadəçiləri məhdudlaşd..

Qeyd etmək lazımdır ki, yaxın bir neçə ay ərzində sözügedən messencerə yeni konfidensiallıq qaydası ..


Google şirkətinin iOS cihazlarda hansı istifadəçi məlumatlarını yığdığı məlum ol..

App Store-da tətbiqlərin yerləşdirilməsi siyasətində dəyişikliklərin reallaşdırılmasından sonra Goog..


Pavel Durov Telegram-da reklam strategiyasının necə olacağından danışıb

Keçən ilin dekabr ayında Pavel Durov bildirmişdi ki, Telegram-ın gəlir gətirmə vaxtı gəlib çatıb...


Facebook şirkəti Clubhouse analoqu üzərində çalışır

Facebook şirkəti son günlər çox məşhurlaşmış ClubHouse adlı sosial şəbəkəyə bənzəyən audioçat sistem..

×