Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Sosyal Medya
02.09.2019 PAYLAŞIM

    “Azercell Telekom” MMC korporativ müştəriləri üçün yeni nəsil “Biznesim İnternet Xətti” xidmətini istifadəyə verib. Etibarlı və yüksək-sürətli internet bağlantısı vasitəsilə Azercell müştərilərinə rəqəmsal dünyada öz bizneslərini hər zaman onlayn saxlamağa yardım edəcək.
“Biznesim İnternet Xətti” xidməti sayəsində korporativ müştərilər internet bağlantısını bölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq.

    Şirkətin işləri daima etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa, o zaman “Biznesim İnternet Xətti” xidməti ən ideal seçimə çevriləcək. Daimi bağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var:

  • Ehtiyacınız olan sürət

    5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən korporativ müştərilər biznesləri üçün ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

  • Etibarlı bağlantı

    24/7 rejimində çalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacib sayılan tətbiqlər hər zaman onlayn olacaq.

  • Rəqabətdən kənar xidmət

    “Biznesim İnternet Xətti” xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.

    “Korporativ müştəriləmizə innovativ telekommunikasiya həlləri ilə xidmət göstərmək məqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası və Transformasiya proqramının hal-hazırda tam mərkəzindəyik” deyə Korporativ Seqment Biznes strukturunun rəhbəri Giorgos Chatzis qeyd edib. “Xidmətlərimizin hüdudlarını genişləndirmək, Azercell-i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirmək transformasiyamızın əsas tərkib hissəsidir” - G. Chatzis vurğulayıb.

    Xidmətə qoşulmaq üçün [email protected]  elektron poçt ünvanına müraciətinizi göndərə bilərsiniz.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Ölkədə rəqabət qabiliyyətli kadrların hazırlanmasına daim dəstək olan “Azercell Telekom” MMC, öz fəa..


Azercell-dən gözəl nömrələrə xüsusi kampaniya!

Ölkənin telekom bazarında ən sərfəli təkliflər ilə seçilməyi hədəfləyən “Azercell Telekom” MMC, inte..


Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru Azercell abunəçilərini müasir dövrün trend..


Instagram servisi digər istifadəçilərin aktivliklərini izləmək özəlliyini ortada..

 Instagram 1 həftə ərzində öz tətbiqindən Following bölməsini çıxardacaq.


12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiril..

12 oktyabrda Bakı Ali Neft Məktəbinin Konqres zalında TEDxBHOS konfransı keçiriləcəkdir.


Instagram'ın iOS versiyası üçün də Dark Mode rejimi təqdim olundu

Android-in ardınca Instagram tərtibatçıları iOS əməliyyat sistemi üçün də öz tətbiqlərinin Dark Mode..