'Azercell-Lab' təcrübə proqramının qalibləri elan edildi

'Azercell-Lab' təcrübə proqramının qalibləri elan edildi

Sosial Media
24.07.2019 PAYLAŞIM

    Ölkəmizdə telekom sahəsinin inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq istiqamətində bir sıra layihələr həyata keçirən “Azercell Telekom” MMC-nin may ayında elan etdiyi “Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşdülər. Təcrübəçilər iyul ayının 1-dən etibarən "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər.

    Təcrübə Proqramının ilk həftəsində Azercell Akademiyasının professional tədrisçiləri tərəfindən “Azercell-Lab”-ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master klasslar və təlimlər təşkil edilib. Qaliblər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, ölkəmizin ən arzuolunan iş məkanlarından biri olan Azercell şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər.

Bənzər xəbər


    Rəqəmsal Texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənın qalibləri 600-dən çox namizəd arasında akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə Azercell-də təcrübə keçmək fürsətindən yararlanıb. Onlardan 27-si isə artıq Azercell ailəsinə qoşulub.

    Qeyd edək ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirən Azercell şirkəti güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Qızıl sertifikatına sahib oldu. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk qurum olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp artıq düyməli sadə mobil telefonlara zəng funksiyasını dəstəkləyir..

Whatsapp tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veribl..


Twitter-də ödənişli abunəlik sistemi istifadəyə verilib

Twitter öz platformasına ödənişli abunəlik sistemini əlavə edəcəyini dəfələrlə bildirib...


Whatsapp-da yaxın aylarda istifadəyə veriləcək funksiyalar məlum olub

Yaxın gələcəkdə Whatsapp-ın bir neçə cihazda çalışması imkanı reallaşdırılacaq. Bu üsul ilə bir isti..


Whatsapp-ın yeni konfidensiallıq qaydalarını qəbul etməmiş istifadəçilər məhdudl..

15 may tarixində Whtsapp-da yeni konfidensiallıq qaydaları istifadəyə verilmişdi.


Instagram-da ödənişli abunəlik sistemi istifadəyə verilə bilər

Instagram servisi abunəçilər ilə kontent yaradıcıları arasındakı maliyyə münasibətinin yüngülləşdiri..


Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında çatların köçürülməsi funksiya..

Whatsapp telefon nömrəsinin dəyişdirilməsi halında foto, video və digər fayllar ilə birlikdə çatları..

×