Azercell növbəti əmək yarmarkasında iştirak edib

Sosial Media
31.10.2019 PAYLAŞIM

    Ölkədə gənclərin məşğulluğunun artırılması istiqamətində keçirilən tədbirlərdə daima fəal iştirak edən “Azercell Telekom” MMC  oktyabr ayının 30-u baş tutan əmək yarmarkasında xüsusi stend ilə təmsil olunub. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) və Azərbaycandakı Amerika Ticarət Palatası (AMCHAM) tərəfindən birgə reallaşdırılan bu tədbirdə Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin mütəxəssisləri yarmarkanın iştirakçıları ilə görüşüb, onların suallarını cavablayıb. Gənclərə şirkətdə mövcud olan vakansiyalar, hər il ənənəvi olaraq tələbələr üçün təşkil edilən təcrübə və təqaüd proqramları haqqında geniş məlumat verilib.

    Məlumat üçün bildirək ki, cari ilin may ayında Azercell şirkəti  rəqəmsallığa doğru dəyişən strategiyası çərçivəsində ilk dəfə olaraq "Azercell-Lab" - ödənişli təcrübə proqramına qəbul elan edib. Tələbələrə "İT-lab" və "Biznes-Lab" inkubasiya mərkəzlərində təcrübə keçərək, peşəkar mühitdə karyera qurmaq fürsəti verilib. Fəaliyyətində dinamik və dəyişkən texnologiyaları tədbiq edən şirkət, labaratoriyaların gənc rezidentlərinə nəzəri biliklərindən yararlanaraq şirkətin real layihələrində iştirak üçün şərait yaradıb. Təcrübəçilər 6 ay müddətində biznes və İT sahələrində  zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışmaq və rəqəmsal dünyanın ən son trendləri ilə daha yaxından tanış olmaq fürsəti əldə ediblər.  Həmçinin sentyabr ayında tələbələrin fəaliyyətinə dəstək olmaq məqsədilə, Azercell Telekom 2020-ci il üçün Tələbə Təqaüdü Proqramına ərizələrin qəbuluna başlamışdır.  “Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən proqramın qalibləri akademik bilikləri, dünyagörüşü, elmə, təhsilə həvəsi və digər meyarlar əsasında seçiləcək. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd ilə təmin ediləcəklər. Hazırda Tələbə Təqaüdü Proqramının seçim proseslərinə start verilib.

    Azercell-in İnsan Kapitalının İdarə Edilməsi departamentinin təqdim etdiyi ən son yenilikləri “Azercell Recruitment Team” LinkedIn səhifəsindən izləyin!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun

DAHA ÇOX

TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..

Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..

Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..

Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..

Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×