Azercell olimpiada qalibləri ilə görüşdü

Azercell olimpiada qalibləri ilə görüşdü

Sosial Media
13.02.2020 PAYLAŞIM

    Ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli mobil rabitə bazarının lideri olan “Azercell Telekom” MMC daima gənclərin fərdi və elmi inkişafına yönələn təşəbbüsləri ilə fərqlənir. Bu istiqamətdə ənənəsini uğurla davam etdirərək, şirkət fevral ayının 12-də ölkəmizi dəfələrlə informatika fənni üzrə beynəlxalq olimpiadalarda layiqincə təmsil edən Abutalıb Namazov, Murad Eynizadə, Əziz Hüseynov və İbrahim Tağızadə ilə görüş təşkil edib.  Azercell Telekom-un prezidenti Vahid Mürsəliyev, şirkətin Korporativ Ünsiyyət bölümünün rəhbəri Nigar Şıxlinskaya, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev, Təhsil İnstitunun mütəxəssisi Qorxmaz Mustafayev, beynəlxalq olimpiadalara hazırlıq komandasının müəllimləri Kənan Əsgərli və Rəşad Məmmədov şagirdləri qazandıqları uğur münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzu ediblər.


    “Məktəblilərimizin son illər ərzində beynəlxalq olimpiadalarda yüksək nəticə göstərmək tendensiyası qürur verici bir haldır. Mən çox şadam ki, şagirdlərimizin bu nailiyyətində Azercell-in də əməyi var. Biz, Azercell şirkəti olaraq, ölkəmizdə informasiya-texnologiyaları sahəsində təhsilin, insan kapitalının sürətli inkişafı və yüksəkixtisaslı kadrların yetişdirilməsi məqsədilə təşkil edilən layihələrə daima dəstək oluruq və bu istiqamətdə fəaliyyətimizi gələcəkdə də davam etdirəcəyik”, - deyə Vahid Mürsəliyev görüşdə giriş nitqi ilə çıxış edərək qeyd edib.

    Fuad Qarayev, öz növbəsində, Azercell şirkətinə təşəkkürünü bildirərək, Təhsil İnstitutu ilə “Azercell Telekom” MMC-nin artıq bir neçə il ərzində informatika sahəsi üzrə istedadlı şagirdlərin aşkar edilməsi, onlarla məqsədyönlü işlərin aparılması istiqamətində əməkdaşlıq etdiyini və bu səylərin nəticəsi olaraq komandamızın nailiyyətlərinin növbəti beynəlxalq olimpiadalarda da davam edecəyinə ümid etdiyini bildirib. Azercell tərəfindən istedadlı şagirdlərimizə dəyərli hədiyyələr də təqdim edilib.

    Xatırladaq ki, bu il məktəblilərimiz daha bir ilkə imza atmağa müvəffəq olublar. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Abutalıb Namazov, 8-15 yanvar tarixlərində Qazaxıstanın Almatı şəhərində baş tutan 16-cı Beynəlxalq Jautikov Olimpiadasında qızıl medal alaraq, informatika fənni üzrə ilk ali mükafatı Azərbaycana gətirib. Eyni zamanda, həmin liseyin 11-ci sinif şagirdi Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıblar. 

    Qeyd edək ki, 2017-ci ildən etibarən Azercell şirkəti Təhsil Nazirliyi ilə birgə informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün xüsusi təlimlər təşkil edərək, onlara öz elmi potensiallarını inkişaf etdirməklərinə töhfə verir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


TikTok ən çox yüklənmiş tətbiqlər reytinqində yenidən birinci yeri tutub..

Sensor Tower analitik şirkəti iyul ayı üzrə ən çox yüklənmiş tətbiqlərin reytinqini tərtib edib. ..


Whatsapp yaxın zamanda çoxlarının gözlədiyi faydalı funksiyanı əldə edəcək..

Whatsapp dünyanın ən məşhur messenceri olsa da onun hələ də normal krosplatform özəlliyi yoxdur. Lak..


Youtube bütün platformalar üçün yeni istifadəçi interfeysini test edir

Google şirkəti Youtube videoservisinin dizaynı üzərində təcrübə aparmağa davam edir. İnternetdə Andr..


Facebook özünün TikTok analoqu olan Reels servisini işə salıb

Facebook şirkəti qısa videoların hazırlanması üçün nəzərdə tutulmuş Reels adlı servisi işə saldığını..


Whatsapp-da fake mesajların yoxlanması imkanı yaradılıb: Yeni funksiya necə çalı..

Son yenilənmə ilə Whatsapp messenceri bəzi regionlar üçün daha bir faydalı funksiya əldə edib. Bu fu..

×