Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

Sosial Media
16.02.2020 PAYLAŞIM

    Ölkənin mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC, Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH Karyera Akademiyası tərəfindən təşkil edilən  “Qış Məktəbi” layihəsində iştirak edib. 11-13 fevral, 2020-ci il tarixlərində Şamaxı şəhərində baş tutan layihə çərçivəsində Azercell Akademiyasının təlimçiləri Vahidə Orucova və Könül Məmmədova tələbələrə “Təqdimat bacarıqları” və “Öz brendini yarat” kimi aktual mövzuları əhatə edən master-klasslar keçiblər.  Qeyd etmək lazımdır ki, “Qış məktəbi” layihəsində Azercellin iştirakı artıq xoş bir ənənəyə çevrilib. Belə ki, bu layihə çərçivəsində 2017-ci ildən etibarən hər il şirkətin peşəkar əməkdaşları təcrübə və biliklərini tələbələrlə bölüşürək, onların peşəkar və şəxsi inkişafına böyük töhvə verirlər. Təlimlərin keçirilməsində əsas məqsəd tələbələrə uğurlu karyera qurmaq üçün zəruri olan fundamental bacarıqların aşılanmasıdır. 

Bənzər xəbər


    Təhsil Nazirliyi SABAH qrupları  ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması,  tədrisin keyfiyyətinin yüksəldilməsi, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılmış, ali təhsil sistemində innovativ və aparıcı bir layihədir. Qeyd etmək lazımdır ki,  2017-ci ildə “Azercell Telekom” MMC və Təhsil Nazirliyinin SABAH qrupları arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən şirkət tərəfindən son 3 il ərzində “Sabah” qruplarının 30 tələbəsinə aylıq təqaüd ayırılıb. Həmçinin SABAH qruplarının 20-dən artıq tələbəsi şirkətdə təcrübə keçmək fürsəti qazanıb ki, onlardan 1-i hal-hazırda artıq Azercell işçisidir. Bu il isə "Azercell Təqaüdçüsü" fəxri adına layiq görülən 28 tələbədən 9-u “SABAH” qrupları tələbələri arasından seçilib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..


Telegram-da reklam xarakterli mesajlar istifadəyə veriləcək

Telegram-dakı interfeysin dilinin dəyişdirilməsi bölməsində messencer daxilində olacaq sponsor xarak..

×