Azercell 'Telegram Bot' - rəqəmsal dünyada yeni bələdçiniz!

Azercell 'Telegram Bot' - rəqəmsal dünyada yeni bələdçiniz!

Sosial Media
05.06.2020 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə istifadə rahatlığı ilə seçilən innovativ “Telegram Bot” xidmətini yerli bazara gətirir. Rəqəmsal məhsullar portfelini daima zənginləşdirən Azercell, “Telegram Bot” çərçivəsində abunəçilərinə bir sıra əməliyyatları rahat şəkildə Müştəri Xidmətlərinə müraciət etmədən həyata keçirmək imkanı verir. 

    Yeni servisdən yararalanmaq qaydası çox asandır: iOS və Android əməliyyat sistemlərini dəstəkləyən “Telegram” mobil tətbiqini Play Store və ya App Store-dan yüklədikdən sonra, https://bit.ly/azercellbot keçidinə daxil olaraq Start komandası seçilməlidir. Cavab olaraq Bot abunəçilərə 7 bölümdən ibarət menyu təqdim edəcək:


    Mənim Nömrəm: Abunəçi Azercell-in  “Kabinetim” tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrə və şifrəni daxil edərək, nömrəyə dair məlumatları əldə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilər ( cari tarif /internet paketinin idarəsi, balans haqqında məlumat). 

- Tariflər: Azercell-in mövcud tarif bazası haqqında detallı məlumat və qoşulma qaydaları. 

- Xidmətlər: Azercell-in lokal və rominq xidmətləri haqqında detallı məlumat və qoşulma qaydaları.

- İnternet: Azercell-in mövcud internet paketləri haqqında detallı məlumat və qoşulma qaydaları.

- Azercell+:  Azercell-in yeni nəsil rəqəmsal həlləri haqqında detallı məlumat və qoşulma qaydaları.

- Kampaniyalar: Azercell-in mövcud danışıq və internet kampaniyaları haqqında detallı məlumat və qoşulma qaydaları.

- Əlaqə: Abunəçinin cari lokasiyasına əsaslanan “ən yaxın Azercell nümayəndəliyi”nin təyin edilməsi və ya  Onlayn Müştəri Xidmətlərinə keçid.

    Mobil operator yeni “Telegram Bot” xidmətinin funksional imkanlarını mütəmadi olaraq genişləndirəcəyini bəyan edərək, hər kəsi rəqəmsal dünyanı Azercell-lə kəşf etməyə cağırır!

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Balansını artır, Azercell-dən 'Umico'ya ikiqat keşbək qazan!

İndi Azercell abunəçiləri nömrələrinin balansını artırdıqda ikiqat keşbək əldə edirlər...


Whatsapp bir sıra yeni funksiya əldə edib (VİDEO)

Whatsapp tərtibatçıları mütəmadi olaraq sözügedən messencerə yeni funksiyalar əlavə edirlər. Whatsap..


Bu ilin ilk 6 ayında Android və iOS istifadəçiləri tətbiqlər ilə oyunlara ümumil..

Bu göstərici 2019-cu ilin ilk 6 ayı ərzində olmuş göstəricidən 23.4% yüksəkdir.


Çinin TikTok, WeChat, Weibo kimi məşhur servisləri Hindistanda qadağan olunublar..

Hindistanın elektronika və informasiya texnologiyaları nazirliyi Çin şirkətləri tərəfindən yaradılmı..


Facebook-a köhnə xəbərlərlə bağlı yeni bir funksiya gəlir

Sosial media nəhəngi olan Facebook-a könhə xəbərlərlə bağlı yeni bir bildiriş funksiyası gəlir. ..


Məşhur şirkətlər Facebook-da reklam yerləşdirməkdən imtina edirlər: Səbəb nədir?..

Rakuten Viber şirkəti Facebook ilə olan əməkdaşlığını tamamilə dayandırdığını elan edib. ABŞ-da olan..

×