'Azercell Telekom' MMC Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir

'Azercell Telekom' MMC Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbulunu açıq elan edir

Sosial Media
18.09.2019 PAYLAŞIM

    Fəaliyyət dövrü ərzində ölkəmizdə təhsil səviyyəsinin artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların yaradılması istiqamətində layihələrin həyata keçirilməsi ilə fərqlənən “Azercell Telekom” MMC,  bu dəfə 2020-ci il üçün Tələbə Təqaüdü Proqramını elan edir. 2009-cu ildən  başlayaraq, artıq ənənəvi şəkildə hər il tələbələrə dəstək olmaq məqsədilə təşkil edilən bu layihə nəticəsində, 180-dən çox gənc Azercell şirkətinin təqaüdçüsu adına  layiq görülüb.

    “Rəqəmsal dünyanı Azercell-lə kəşf et” şüarı altında keçirilən Azercell-ın Tələbə Təqaüdü Proqamında  son iki kurs tələbələri öz biliklərini sınaya bilərlər. Tələbələr akademik bilikləri, dünyagörüşü, elmə və təhsilə həvəsi və digər meyarlar əsasında dəyərləndiriləcəklər. Qaliblər təhsil ilinin sonunadək Azercell-dən 200 AZN məbləğində aylıq təqaüd almaqla yanaşı, telekom sahəsi haqda biliklərini artırmaq, rəqəmsal dünyanın ən son trendləri ilə yaxından tanış olmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və təcrübə keçmək üçün əvəzolunmaz fürsət əldə edəcəklər. Qeyd edək ki, Azercell Tələbə Təqaüdü 2020-də iştirak üçün müraciətlərin qəbulu artıq açıqdır və son qəbul tarixi oktyabr ayının 16-dır. Təqaüd proqramı üzrə müraciət etmək üçün müvafiq elektron müraciət ərizəsi doldurulduqdan sonra, tələbə bileti və qiymət kitabçasının ( transkript) skan versiyaları ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir.


    Yeni dərs ilində Azercell təqaüdçüsü adını qazanmaq fürsətini qaçırma!

    Əlavə məlumat üçün https://www.azercell.com/az/company/career/development_oportunities/bursary2020/ səhifəsinə daxil olun

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook-a 'keçmişi təmizləmək' funksiyası əlavə edilib

Facebook sosial şəbəkəsinə özəl məlumatların idarəetməsi funksiyası əlavə edilib.


Öyrənmək hər uşağın haqqıdır

Azercell 1000-dən çox xüsusi qayğıya ehtiyacı olan uşağa dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nö..


28 May Respublika günü münasibətilə Azercell-dən şəhid və əlil ailələrinə sovqa..

Lider mobil operator bölgələrdə yaşayan şəhid, əlil və aztəminatlı ailələri sevindirdi


Facebook-a yeni funksiya gəlir: Profili kilidləmək

Sosial media nəhəngi Facebook-a yeni funksiya gəlir, beləcə istifadəçilər profillərini kilidləyə bil..


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.

×