Azercell xeyirxah çağırışa qoşulub

Azercell xeyirxah çağırışa qoşulub

Sosyal Medya
13.05.2020 PAYLAŞIM

    Ölkənin lider mobil operatoru Azercell öz əməkdaşlarının timsalında növbəti mühüm sosial layihəni gerçəkləşdirib. Mayın 12-də şirkətdə Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara yardım məqsədilə qanvermə aksiyası təşkil olunub. Şirkətin prezidenti Vahid Mürsəliyev və bəzi departament direktorları da daxil olmaqla, Azercell əməkdaşları qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün bu humanist aksiyada həvəslə iştirak ediblər.

    Mərkəzi Qan Bankının həkim heyəti tərəfindən həyata keçirilən aksiyaya “Azercell Telekom” MMC-nin çoxsaylı əməkdaşı qatılıb. Peşəkar tibb vasitələrinin tətbiqi ilə icra edilən prosedur zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib. Həkim-hematoloqlar hər bir donoru hərtərəfli tibbi müayinə etdikdən sonra onlardan qan götürüblər. Toplanmış qan ehtiyatı Milli Hemotologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı şöbəsində qeydiyyata alınmış və qan köçürülməsinə ehtiyac duyan uşaqlara yönəldiləcək.


 

    Aksiyanın məqsədi talassemiya və hemofiliya, eləcə də digər irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara yardım etməklə yanaşı, cəmiyyətin diqqətini bu sosial məsələyə cəlb etməkdir. Çünki karantin rejiminin tətbiqi ilə əlaqədar yaranmış qan çatışmazlığı həyatları qandan asılı olan hematoloji xəstələrə mənfi təsir göstərə bilər.

    Qeyd edək ki, Azercell Telekom həm korporativ səviyyədə, həm də içilərinin təşəbbüsü ilə COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları həyata keçirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Mobil Youtube tətbiqinə Google axtarış sistemi əlavə ediləcək: Nəyə görə?..

Google şirkəti mütəmadi olaraq məşhur Youtube videoservisinin imkanlarını genişləndirir.


Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

Şirkət korporativ sosial məsuliyyət strategiyası çərçivəsində Müqəddəs Ramazan ayı boyu aztəminatlı ..


Facebook şirkəti Messenger Rooms funksiyasını Instagram-a da inteqrasiya etdi..

Facebook şirkəti məşhur Instagram fotoservisinə 50 nəfərin iştirakı ilə qrup videozənglərini əlavə e..


Facebook şirkəti Messenger Rooms qrup videozənglərinin Whatsapp-a inteqrasiyasın..

Facebook şirkəti Messenger Rooms ​​​​​​​qrup zənglərini Android əməliyyat sistemi vasitəsilə çalışan..


Azercell-in bölgələrdə yaşayan ailələrə dəstəyi davam edir!

Sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan daha 1000 ailəyə ərzaq məhsullarından ..


Hədiyyəli yeni iPhone SE modelləri Azercell Eksklüziv-lərdə!

Yeni smartfon alan Azercell abunəçiləri 6 aylıq hədiyyə internet qazanacaq!

×