Azercell yeni brend kimliyini açıqladı

Azercell yeni brend kimliyini açıqladı

Sosyal Medya
23.06.2019 PAYLAŞIM

    Azərbaycan telekommunikasiya sektorunun lideri, fəaliyyət tarixində yeni bir dönəmə qədəm qoyan Azercell iyun ayının 21-də Heydər Əliyev Mərkəzində dövlət və biznes strukturları, ictimai xadimlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə yeni brend kimliyini ictimaiyyətə təqdim edib.

    Tədbirdə şirkətin fəaliyyətini qloballaşan dünya bazarının trendlərinə uyğun şəkildə qurmağa yönəlmiş strateji inkişafın rəqəmsal konsepsiyası da açıqlanıb. Şirkətin prezidenti Vahid Mürsəliyevin sözlərinə əsasən, rəqəmsal texnologiyalar əsrində transformasiya məsələsi xüsusilə aktualdır. “Telekommunikasiya sahəsi ən çevik sahə olaraq müasir həyatın ritmini təyin edir. O dünyanı dəyişdirdikcə biz də mütləq şəkildə dəyişməliyik. Azercell olaraq dəyişməyə şadıq. Dəyişmək, yaşamaq deməkdir. Dəyişmək daha yaxşı olmaq, daha ağıllı və daha mobil sabah üçün bugünkü səndən üstün olmaq deməkdir. Strategiyamız rəqəmsallığa doğru dəyişir. Bizim yeni rəqəmsal dünyamızın mərkəzi müştərimiz olacaq. Bütün bu yeniliklər məhz onların həyatlarını rahatlaşdırmaq və daimi bağlantını təmin etmək üçündür.” – deyə cənab Vahid Mürsəliyev öz çıxışında bildirib.


    Azercell ölkə əhalisinin əksəriyyətinin seçimi və yerli telekommunikasiya sektorunun lideri olmasına baxmayaraq, yeni bağlantı erasında transformasiya etməyi zəruri hesab etdi. Azercell artıq rəqəmsallığı gündəlik proseslərində və düşüncə tərzində əks etdirən, inkişaf yolunda dəyişkənliyə çevik bir şirkət olaraq abunəçilərinin qarşısına çıxır. Bu transformasiya Azercell ilə abunəçilər arasında illərlə formalaşan mövcud emosional bağı möhkəmləndirməyə vəsilə olacaq.

    Yeni brend kimliyi ilə abunəçiləri üçün rəqəmsal dünyanın sonsuz imkamlarını açan Azercell, müasir texnologiyaların tətbiqi ilə onların həyatlarını əsaslı şəkildə dəyişəcəyini bəyan etdi. Azercell-in çevikliyi və yenilikçi ruhunun rəmzi olacaq, keçmişlə gələcək arasında bir bağ yaradaraq hərəkət və inkişafı təcəssüm etdirəcək yeni nişan, şirkət tarixində yeni eranın başladığının əksidir.

    Qeyd etmək istərdik ki, 21 iyun, Heydər Əliyev Mərkəzində keçirilən tədbir zamanı qonaqlara Azərbaycanda ilk dəfə olaraq, 360 dərəcəlik 3D proyeksiyası nümayiş etdirilib. Həmçinin Azercell, Heydər Əliyev Mərkəzinin parkında “Rəqəmsal Səma Altında” adlı sərbəst girişli konsert təşkil edərək, tamaşaçılara Emin Ağalarov, Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustafayev, Elnarə Xəlilova, Elşad Xose kimi tanınmış müğənnilərin ifasında səslənən mahnıları dinləmək imkanı təqdim edib. Burada, ölkəmizdə ilk dəfə olaraq 300-ə yaxın dron səmada Azərbaycan bayrağı və xəritəsinin, Azercell-in köhnə və yeni loqolarının təsvirini yaradaraq, izləyicilərə möhtəşəm bir şou sərgiləyib.

    Yeni dövrdə Azercell-in prioritet sahələri müştəriyönümlü şirkət və etibarlı tərəfdaş kimi seçilməkdir. Hər zaman innovativ və rəqəmsal həllər təqdim edən, məlumat məxfiliyini qoruyan, təkcə müştərilərinin ehtiyaclarını qarşılamağa deyil, bu ehtiyaclardan bir addım öndə olmağı bacaran Azercell bundan sonra da, ən son trendlərə uyğun məhsullar və xidmətlər təqdim edən bir şirkət kimi fəaliyyətini davam etdirəcək!



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Azercell-in 'Kabinetim' mobil tətbiqi yeniləndi!

Rəqəmsal həllər və qabaqcıl texnologiyalar vasitəsilə insan həyatını asanlaşdırmağı hədəfləyən ölkən..


Instagram'a istifadəçi hesablarının kateqoriyaları funksiyası əlavə ediləcək..

Instagram sosial şəbəkəsi abunəçilərin rahat şəkildə idarə olunması üçün müəyyən kateqoriyalar üzrə ..


'NASA Space Apps Azerbaijan' hakatonunun qalibləri müəyyən oldu

18 oktyabr 2019-cu il tarixindən start götürən “NASA Space Apps Azerbaijan” hakatonunun final mərhəl..


Lazım olan anda 189 TAXI sizinlədir – VİDEO

“Sizə lazım olan anda” – Azərbaycanda ilk taksi xidməti olan 189 TAXI-nin yeni şüarıdır...


'Uşaq Qaynar Xətt' xidməti artıq qısa nömrədə

Psixi Sağlamlıq gününə həsr olunan konfransda Azercell-in təşəbbüsü ilə “Uşaq Qaynar Xətt” xidmətini..


Instagram fərdi məlumatların üçüncü tərəfə ötürülməsini idarə etməyə imkan verəc..

Instagram-a fərdi məlumatların üçüncü tərəfə ötürülməsini izləmək funksiyası əlavə ediləcək...