Reklam
'Azərkosmos' 2020-ci ilin ilk rübünü uğurla başa vurub

'Azərkosmos' 2020-ci ilin ilk rübünü uğurla başa vurub

Sosial Media
21.04.2020 PAYLAŞIM

    Bakı, 20 aprel 2020  – “Azərkosmos” dünyada davam edən Koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərinin fonunda 2020-ci ilin birinci rübünü uğurla başa vurub. 

    “Azərkosmos” bu ilin yanvar-mart ayları ərzində telekommunikasiya və optik peyk xidmətləri təqdim etməklə ümumi 20 milyon manat həcmində gəlir əldə edib. Bu rəqəm ötən ilin analoji dövrünün göstəricisindən 33% çoxdur.


    Gəlirin 88%-i peyk xidmətlərinin ixracından əldə olunub. “Azərkosmos” dünyanın 24 ölkəsinə peyk xidmətlərinin ixracını həyata keçirib və bu ölkələr arasında ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya və BƏƏ böyük üstünlük təşkil edir.

    Ümumilikdə, bu ilin birinci rübü ərzində Koronavirus pandemiyası qlobal səviyyədə əksər sahələrə olduğu kimi peyk xidmətləri bazarına da mənfi təsirini göstərir. Buna baxmayaraq “Azərkosmos” peyk xidmətləri üzrə Fransanın “GORSE & Co”, "Zeppit", İtaliyanın "M-Three Sat", Avstriyanın "Zebrafish",  İspaniyanın “Oasis Networks”, ABŞ-ın “UltiSat”, Hindistanın “Sofstol, “Mediatech PVT”, Rusiyanın "Rusiya Peyk Rabitəsi", “VES-Media”, Afrikanın "Sairtek", “GlobeCast” və "Telly4Africa" şirkətləri ilə yeni müqavilələr rəsmiləşdirib. Yeni müqavilələrə əsasən adı çəkilən şirkətlər “Azerspace-1” və “Azerspace-2” peyklərinin tutumlarından istifadə etməklə telekommunikasiya xidmətləri təqdim edirlər.

    Azərbaycan da daxil olmaqla Mərkəzi Asiya və Şərqi Avropa regionundan olan ölkələrin qurumları “Azersky” peykinin təsvirlərindən kənd təsərrüfatı, kartoqrafiya və ekoloji monitorinqdə istifadə ediblər.

    Bununla yanaşı may ayından etibarən “Azərkosmos” Universal Yerüstü Stansiya sayəsində Yaponiyanın “İnfostellar” şirkəti ilə imzaladığı müqavilə əsasında  müxtəlif peyk operatorlarına məxsus peyklərin keçidlərinə imkan yaradacaq.

    “Azərkosmos” ASC haqqında:

    Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir:

    C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com  internet səhifəsindən ala bilərsiniz.   

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pavel Durov: 'Telegram üçün olan inqilabi yenilənmə Apple tərəfindən 2 həftədir ..

Telegram-ın yaradıcısı Pavel Durov bildirib ki, Apple şirkəti artıq 2 həftədir ki, heç bir səbəb açı..


Whatsapp-da göndərilmiş mesajların silinmələri üçün nəzərdə tutulmuş zaman limit..

Bəzi hallarda istifadəçilər bu və ya digər messencerdə mesajı göndərəndən sonra onu silmək qərarına ..


Whatsapp-da telefon nömrəsini gizlətmək imkanı olacaq

Yaxın gələcəkdə Whatsapp-ın Android versiyasında istifadəyə veriləcək yeni funksiya barəsində məluma..


Instagram-a yaxın zamanda şaquli fotoların dəstəyi əlavə ediləcək

Hələ bir neçə müddət bundan öncə Instagram öz platformasında yeni alqoritmi və TikTok-a bənzəyən red..


Meta musiqili video müəlliflərinə öz videoları vasitəsilə gəlir əldə etməyə imka..

Meta şirkəti Facebook istifadəçilərinə lisenziyalı musiqi kontentlərinin istifadə edildiyi videolard..


Whatsapp-da çatları iOS-dən Android-ə və ya əksinə köçürtməyə imkan verən funksi..

Whatsapp-dakı çatların iOS-dən Android-ə və ya Android-dən iOS-ə köçürülməsi prosesi həmişə müxtəlif..

×