main-post-cover

    Barama-nın yeni akselerasiya proqramı başlayır

    Sosial Media
    18.11.2019
    Farid Pardashunas
        Startap inkişafını sürətləndirməyi hədəfləyən Barama İnnovasiya və Sahibkarlıq mərkəzi beynəlxalq və yerli mentorların təlim və ekspertiza yardımı ilə 12 həftəlik Akselerasiya proqramına başlayır.Proqramın məqsədi sizin startapınızı dünya bazarına çıxışına, yerli korporativ sektorun rəqəmsallaşdırılmasına yardım etməkdir.
        AKSELERASİYA proqramında kimlər iştirak edə bilər?
        Dünya bazarına çıxa biləcək potensialı olan rəqəmsal layihələr.
        Qazanacaqlarınız:
    - 3 aylıq interaktiv tədris planı və proqramı
    - Yerli və beynəlxalq mentorların və potensial investorların canlı rəyləri.
    - Hər komanda üçün 25000 AZN-ə qədər toxum investisiyası əldə etmək imkanı
    - Potensial texnoloji və maliyyə tərəfdaşlarına çıxış
    - Qlobal bazarlara çıxış üçün dəstək
    - Mübadilə proqramlarında iştirak imkanı
    - Bütün komanda üçün ofis sahəsi
        Seçim tələbləri:
    - Komandanın ən azı 2 üzvünün (texniki və biznes) olması
    - Tam iş günü çalışa bilən üzvün olması
        Startapdan tələb olunanlar:
    - Komanda üzvlərindən hər hansı birinin ingilis dilini orta səviyyədə bilməsi
    - İzahlı prototip və ya ideya (komanda texniki üzvün olması mütləqdir)
    - Startapın və ideyanın innovativlik faktorları haqqında məlumat
    - Qlobal bazara çıxa biləcək rəqəmsal startap olması vacibdir
    - Bir ildən az fəaliyyət göstərmiş layihələrə üstünlük verilir
        Qeydiyyat üçün linkə daxil olun: https://bit.ly/2ol0maM
        Qeydiyyat üçün son tarix: 22 noyabr
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər