
“Microsoft” şirkətinin təsisçisi Bill Gates, 4.6 milyard dollar dəyərində, şirkətin 64 milyon səhmini xeyriyyəçilik məqsədilə bağışlayıb.
Məlumata əsasən xeyriyyəçilik məqsədli bu ödəniş, 6 İyun
tarixində baş verib. Lakin vəsaitin qəbul olunduğu obyekt haqqında heç bir məlumat
yoxdur. Qeyd etmək lazımdır ki, bundan öncə Gates öz mirasının böyük bir hissəsini
Bill & Melinda Gates Foundation fonduna bağışlamışdır. 4.6 milyard
dollarlıq xeyriyyəçilik yardımı son 17 il ərzində Gates tərəfindən verilmiş ən
böyük məbləğdir. Belə ki, 1998-ci ildə o, 5.1 milyard dollar, 1999-cu ildə isə
16 milyard dollar vəsaiti xeyriyyəçiliyə vermişdir. Qeyd etmək lazımdır ki, hətta
bu cür vəsaitin ianə kimi verilməsindən sonra belə, Gates dünyanın ən varlı şəxsi
(86.1 milyard dollar sərvət) sırasında birinci yeri tutur. İkinci yeri isə 84.3
milyard dollarlıq sərvəti ilə “Amazon” şirkətinin təsisçisi Jeff Bezos tutur.
Şərh yoxdur