Bill Gates, insanların çipləşdirilməsi ittihamlarına fikir bildirdi

Bill Gates, insanların çipləşdirilməsi ittihamlarına fikir bildirdi

Sosial Media
06.06.2020 PAYLAŞIM

    Koronavirus pandemiyasının fonunda internetdə çoxlu sayda nəzəriyyə yaranıb. Həmin nəzəriyyələrdən birinə əsasən Microsoft şirkətinin yaradıcısı və keçmiş CEO-su olan Bill Gates sözügedən virusun yayılmasında öz mənfəətini güdür və virusa qarşı vaksin adı ilə insanlarda çip yerləşdirməyi planlaşdırır. Uzun müddət ərzində Bill Gates bu cür ittihamlara fikir vermirdi. Lakin sonda o bu məsələyə öz fikrini bildirdi.

    Bu barədə Business Insider saytı xəbər verib. Microsoft şirkətinin keçmiş CEO-su ətrafında olan hal hazırki nəzəriyyələr onun xeyriyyəçilik fondu səbəbilə yaranıblar. Belə ki, Bill Gates-in xeyriyyəçilik fondu bir çox tibbi layihələrə dəstək olur. Onların arasında koronavirusa qarşı vaksinin hazırlanması da var. Bəzi insanların fikirlərinə əsasən koronavirusun yayılmasına məhz Bill Gates təkan verib.


Bəziləri düşünürlər ki, bu üsul ilə o, planetin əhaləsinin sayını azaltmaq istəyir (əsasən kasıb ölkələrdəki əhalə sayını), bəziləri isə düşünürlər ki, o, koronavirusa qarşı vaksin adı ilə insanlarda xüsusi çiplər yerləşdirməyi planlaşdırır.

    BBC Today-ə müsahibə verən zaman Bill Gates bütün bu yaranmış nəzəriyyələrə öz fikrini bldirib və koronavirus ilə mübarizənin necə keçməli olduğunu qeyd edib. “Mən heç zaman mikroçiplər kimi bir şey ilə məşğul olmamışam. Belə bir şeyi təkzib etmək çox çətindir. Belə ki, bu çox mənasız və qəribə səslənir” - deyə Bill Gates qeyd edib. Onun sözlərinə əsasən koronavirusa qarşı vaksin hal hazırda çox vacibdir. Gates-in fikrincə hal hazırda kori, diareya vərəm kimi xəstəliklərlə yanaşı həmçinin koronavirusa da qarşı vaksin lazımdır.

    O düşünür ki, kori xəstəliyinə qarşı hansı uşaqların peyvənd olunduqlarını, hansı uşaqların isə peyvənd olunmadıqlarını bilməkdə fayda var. Koronavirus məsələsində isə məşhur milyarder əmindir ki, planetin 80% əhalisi bu xəstəliyə qarşı peyvənd olunmalıdır. Lakin o narahatdır ki, skeptik yanaşma və peyvənddən qorxu nəticəsində insanlar vaksindən imtina edəcəklər. Bu isə onların ölümlərinin davam etməsinə gətirib çıxardacaq. Qeyd etmək lazımdır ki, həl bir neçə il bundan öncə Bill Gates virus xarakterli xəstəliklərə daha çox diqqət ayrılmasının vacibliyini ictimaiyyətə çatdırırdı.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..

×