
Bir cihazda bir neçə Whatsapp hesabından istifadə etmək mümkün olacaq
Sosial Media
05.09.2023
Emil
Whatsapp tərtibatçıları istifadəçilər tərəfindən messencerdə çoxdan gözlənilən bir funksiya üzərində çalışırlar. Söhbət bir cihaz çərçivəsində bir neçə Whatsapp hesabından istifadə etmək funksiyasından gedir. Bu funksiya əsasən iki SIM kart dəstəkli smartfonların istifadəçiləri üçün aktualdır. Məlum olub ki, sözügedən funksiya Whatsapp-ın Android üçün nəzərdə tutulmuş 2.23.18.21 nömrəli beta versiyasında artıq istifadəyə verilib.

Təqdim edilmiş screenshot fotodan da görmək olar ki, messencer daxilindəki Account bölməsində olan "Add account" düyməsinə klikləyərək istifadəçi messencerə bir neçə Whatsapp hesabını əlavə edə biləcək. Sözügedən funksiyanın çoxlu sayda beta testçi arasında aktivləşdirildiyi onun final hazırlanma mərhələsində olmasından xəbər verir. Beləliklə bu yeni funksiyanın yaxın aylar ərzində istifadəyə veriləcəyini gözləmək olar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
