main-post-cover

    Bir cihazda eyni anda iki Whatsapp hesabından istifadə funksiyası istifadəyə verilib

    Sosial Media
    19.10.2023
    Emil Nəcəfov
         Whatsapp tərtibatçıları messenceri yeniləyərək ona çoxdan gözlənilən funksiyanı əlavə ediblər. Söhbət bir cihazda eyni anda iki Whatsapp hesabının istifadəsi funksiyasından gedir. Messencerin rəsmi bloqunda Whatsapp-a ikinci telefon nömrəsinin əlavə edilməsi təlimatı yerləşdirilib. Messencerə ikinci telefon nömrəsinin daxil edilməsi üçün messencer daxilində ayarlara keçid edib istifadəçi adının yanındakı işarəyə klikləmək lazımdır.
         Lakin onu da qeyd etmək lazımdır ki, bunun üçün mütləq şəkildə əlavə nömrənin SIM kartı və ya eSIM versiyası lazım olacaq. Belə ki, prosesin yekunlaşdırılması üçün həmin nömrəyə xüsusi SMS şifrə göndəriləcək. Məlumatda qeyd edilib ki, istifadəçi hər bir nömrə üçün individual konfidensiallıq və bildiriş ayarlarını təyin edə bilər. Beləliklə bundan sonra istifadəçilər bir hesabdan digərinə keçid edəcəkləri zaman aktual hesablarından bir dəfəlik çıxışı reallaşdırmalı olmayacaqlar.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Whatsapp-da avtomatik silinən səsli mesajlar funksiyası istifadəyə veriləcək
    whatsapp-da-avtomatik-silinen-sesli-mesajlar-funksiyasi-istifadeye-verilecek