Logo
    main-post-cover

    Bir sıra Apple cihazında YouTube dəstəyi dayandırılıb

    Sosial Media
    03.06.2025
    Emil
         YouTube videoplatforması iOS üçün olan tətbiqini 20.22.1 versiyasına kimi yeniləyib. Bu yeniləməni quraşdırmaq və işə salmaq üçün artıq cihazda iOS 16 və ya daha yeni versiyanın quraşdırılması tələb olunur. Bu səbəbdən bir sıra köhnə iPhone modelləri artıq YouTube tətbiqi ilə uyğun gəlmir. Söhbət o iPhone modellərindən gedir ki, onların əməliyyat sistemini iOS 15-dən yuxarı yeniləmək mümkün deyil - o cümlədən iPhone 6s, iPhone 6s Plus, iPhone 7, iPhone 7 Plus və birinci nəsil iPhone SE.
         Bu həmçinin iPod Touch 7 playerinə də aiddir. Həmin cihazda da yenilənmiş YouTube tətbiqi işləməyəcək. Bundan əlavə, bildirilib ki, yenilənmiş YouTube tətbiqini iPad-də işlətmək üçün artıq iPadOS 16 və ya daha yeni versiya tələb olunur. Bu səbəbdən tətbiq artıq iPad Air 2iPad mini 4 modellərində dəstəklənmir. Yuxarıda sadalanmış cihazların istifadəçiləri hələ də YouTube-a daxil ola biləcəklər, lakin bunun üçün m.youtube.com saytına brauzer vasitəsilə keçməlidirlər. Lakin bu üsul funksionallıq baxımından rəsmi YouTube tətbiqindən geri qalır.
    Paylaş