
2013-cü ildə istifadəyə verilmiş Vine tətbiqi istifadəçilər arasında çox məşhurlaşdı və qısa videolar janrını yaratdı. Beləliklə sözügedən platforma dünyaya çoxlu sayda videobloqqer bəxş etdi. Lakin 3 ildən sonra servis Youtube, Instagram, Snapchat və digər platformalar ilə rəqabət apara bilməyərək uğursuzluqla üzləşdi. İndi isə bir vaxtlar Vine servisinin həmtəsisçisi olmuş Dom Hofmann servisin davamçısı olan byte platformasının istifadəyə verildiyini elan etdi.
Tarixdəki iPhone skandalları!
Bu barədə Engadget saytı xəbər verib. Vine servisi kimi byte da 6 saniyəlik qısa videoların yaradılması imkanını verir. Uzunmüddətli perspektivdə byte tərtibatçıları kontent yaradıcılarına müəyyən məbləğlər ödəmə imkanını verəcək əməkdaşlıq proqramını da işə salacaqlarını söz veriblər. Yeni mobil tətbiq artıq Google Play və App Store online mağazalarında aktivdir. Həmin tətbiqi yükləyərək Google və Apple ID istifadəçi hesabları vasitəsilə orda qeydiyyatdan keçmək olar.
Şərh yoxdur