Logo
    main-post-cover

    Bir Whatsapp hesabının 4 müxtəlif smartfonda istifadə funksiyası hamı üçün aktivləşdirilib

        Meta şirkəti elan edib ki, Whatsapp üçün çoxdan gözlənilən funksiya artıq istifadəyə verilib. Söhbət, bir Whatsapp hesabının 4 müxtəlif smartfonda istifadəsi funksiyasından gedir. Bu funksiyadan artıq bütün istifadəçilər faydalana bilərlər. Qeyd etmək lazımdır ki, əlavə smartfonlarda eyni Whatsapp hesabını işə salmaq üçün messencerin mövcud olduğu əsas smartfon vasitəsilə QR kodun skanını reallaşdırmaq lazım olacaq. Bununla belə əsas smartfonda Whatsapp-a 14 gün ərzində daxil olunmadığı halda digər smartfonlarda Whatsapp hesabından avtomatik çıxış reallaşdırılacaq və bu halda istifadəçi QR kodun skanını təkrar reallaşdırmalı olacaq.
    Paylaş
    Bənzər xəbərlər