Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

Bölgələrdə yaşayan 4000-dən çox ailə Azercell-dən dəstək aldı!

Sosial Media
22.05.2020 PAYLAŞIM

    “Azercell Telekom” MMC koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə həssas təbəqədən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində təşəbbüslərini əsirgəmir və aztəminatlı ailələrə dəstəyini davam etdirir. Belə ki, şirkət karantin dövründə müqəddəs Ramazan ayının dördüncü həftəsində də bölgələrdə yaşayan 1000-dən çox xüsusi diqqət və qayğıya ehtiyacı olan ailəyə ərzaq yardımı göndərib. Bununla da, ümumilikdə Ramazan ayı boyu bölgələrdə sosial təcrid şəraitində yaşayan həssas kateqoriyalardan olan 4000-dən çox ailəyə ərzaq məhsullarından ibarət sovqat paylanıb. Azercell-in bu xeyriyyə layihəsindən Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Naftalan, Xocalı, Zəngilan, Şuşa, Kəlbəcər sakinləri yararlanıblar.

    Sovqatlar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” MMC ölkə boyu müxtəlif ünvanlara çatdırıb. Aztəminatlı ailələrin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunub.


    Xatırladaq ki, Novruz bayramı münasibətilə və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə çərçivəsində “Azercell Telekom” MMC həssas qrup kateqoriyadan olan insanlara qayğı və dəstək məqsədilə “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə I-ci qrup əlilliyə görə sosial müavinət alan ailə üzvü olan 6000-ə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylamışdı.

    Eyni zamanda, lider mobil operator tərəfindən həyata keçirilən aksiyaların davamı olaraq Azercell əməkdaşları da xeyirxah təşəbbüsə qoşularaq öz töhfələrini veriblər. Belə ki, xüsusi karantin rejiminin tətbiq olunduğu bu müddət ərzində şirkət əməkdaşlarından ibarət “Azercell könüllüləri” dəstəyə ehtiyacı olan ailələri ziyarət edərək onları ərzaq məhsulları ilə təmin ediblər.

    Qeyd edək ki, “Azercell Telekom” MMC COVID-19 pandemiyası dövründə bir çox sosial layihə və xeyriyyə aksiyaları gerçəkləşdirib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Sabahdan Instagram-a foto və videoları kompüter vasitəsilə veb üzərindən yükləmə..

Instagram tərtibatçıları məşhur fotoservis üçün böyük yenilənməni elan ediblər.


Whatsapp-ın yeni funksiyası istifadəçi çatlarının ehtiyat kopyalarını qoruyacaq..

Whatsapp tərtibatçıları messencer üçün nəzərdə tutulmuş yeni konfidensiallıq funksiyasını elan edibl..


Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır

Microsoft şirkəti professional LinkedIn sosial şəbəkəsinin Çin üçün olan versiyasının fəaliyyətini d..


Instagram irimiqyaslı problemlər halında istifadəçilərə bu barədə bildirişlər gö..

Bir neçə müddət bundan öncə Facebook və ona məxsus olan servislərin çalışmalarında qlobal çöküş yaşa..


Whatsapp-da səsli mesajların yazılması daha da asan olacaq

İnsayderlərin sözlərinə əsasən yaxın zamanda Whatsapp tərtibatçıları messencerdəki səsli mesajların ..


Facebook Clubhouse tərz audio otaqları hamı üçün istifadəyə verib

Hələ bu ilin aprel aynda Facebook bildirmişdi ki, o, yeni audiofunksiyalar üzərində çalışır və həmin..

×