Logo
    main-post-cover

    Böyük Britaniya AI çatbotlarına da yaş məhdudiyyəti gətirir

        Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyə hazırlaşır. Baş nazir Kir Starmerin açıqladığı yeni plan qəbul olunarsa, Snapchat, TikTok, YouTube, Instagram, Facebook və X kimi platformalara bu yaş qrupunun girişi məhdudlaşdırılacaq. Qadağa mesajlaşma tətbiqlərinə şamil edilməyəcək. Belə ki, WhatsApp və Signal istifadəçiləri yeni qaydalardan təsirlənməyəcək. Bununla yanaşı, süni intellekt sahəsində də məhdudiyyətlər nəzərdə tutulur. Xüsusilə “romantik yoldaş” funksiyası təqdim edən AI çatbotları yalnız 18 yaşdan yuxarı şəxslər üçün əlçatan olmalıdır.
    YouTube, Facebook and WhatsApp named world's most popular social media  platforms by Viralyft – Campaign Brief NZ
        Hökumətin bildirdiyinə görə, yeni qaydalar digər ölkələrdə tətbiq olunan oxşar təşəbbüslərdən daha sərt olacaq və onların gələn ilin yazına qədər qüvvəyə minməsi planlaşdırılır. Bu addımla Böyük Britaniya uşaqların internet təhlükəsizliyini gücləndirməyə çalışan ölkələr sırasına qoşulur. Daha əvvəl Avstraliya 16 yaşdan kiçiklər üçün sosial media qadağası tətbiq edən ilk ölkə olmuş, Kanada, Fransa və Danimarka isə oxşar tədbirlər üzərində işləməyə başlamışdı. Rəsmi açıqlamada qeyd olunur ki, məqsəd valideynlərə daha çox nəzarət imkanı vermək və uşaqların sağlam inkişafı üçün daha təhlükəsiz rəqəmsal mühit yaratmaqdır.
    Paylaş