Logo
    main-post-cover

    Braziliya-nın federal məhkəməsi Facebook-u külli miqdarda cərimə edib

    Sosial Media
    08.05.2017
    Braziliya-da federal məhkəmə Facebook-un hesabındakı vəsaitin 11.7 milyon dollarına əl qoyub. Bu qərar Facebook-un Braziliya polisinə bəzi WhatsApp istifadəçilərinin şəxsi məlumatlarını verməkdən imtina etməsi nəticəsində qəbul edilib. Braziliya məhkəmələri öz ərazilərində WhatsApp-ın deaktiv edilməsi üçün 4 dəfə qərar vermişdilər. Lakin bu qərarlar Facebook və bəzi telekommunikasiya şirkətlərinin apelyasiya məhkəmələri nəticəsində ləğv edilmişdir. İyun ayının sonunda Londrina (Braziliya, Parana ştatı) şəhərinin federal məhkəməsi şirkətin 6.1 milyon dollar vəsaitinə əl qoyulması barəsində qərar çıxartmışdır. Bu məbləğ  istintaq orqanları ilə əməkdaşlıqdan imtina edərək Braziliya höküməti tərəfindən təyin edilmiş cərimənin miqdarı ilə uyğun idi. O vaxt ölkənin hüquq-mühafizə orqanları şirkətdən şüphəli WhatsApp istifadəçilərinin yazışmalarını tələb edirdilər. Lakin Facebook bu məlumatları təqdim etməkdən imtina etmişdir. Şirkətin bildirdiyinə görə Facebook istifadəçilərin şəxsi yazışmalarına sahib deyil.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Braziliya-nın federal məhkəməsi Facebook-u külli miqdarda cərimə edib | Technote