main-post-cover

    Bu dəfə Instagram istifadəçilərinin şifrələri şifrələnməmiş şəkildə saxlanılıb

    Sosial Media
    19.04.2019
    Farid Pardashunas
        Bu dəfə Facebook şirkəti Instagram-da sistem boşluğu aşkar edib. Bu sistem boşluğu sayəsində milyonlarla Instagram istifadəçisinin hesablarının şifrələri illərlə şifrələnməmiş şəkildə saxlanılıb. Bu barədə Rusbase saytı xəbər verib. Bu xəbər Facebook tərəfindən 21 mart tarixində öz bloqunda yerləşdirdiyi məlumata əlavə edilib. Belə ki, həmin vaxtda şirkət etiraf etmişdi ki, illərlə milyonlarla Facebook istifadəçisinin hesablarının şifrələrini şifrələnməmiş şəkildə saxlayıb.
        Həmin şifrələrin siyahısında Instagram istifadəçilərinin də hesablarının şifrələri var idi. "Həmin paylaşımdan sonra biz, şifrələnməmiş şəkildə saxlanılmış yeni Instagram şifrələrini aşkar etdik. Yeni qiymətləndirməyə əsasən bu boşluq milyonlarla istifadəçini əhatə edib" - deyə Facebook şirkəti bildirib. Bununla belə şirkət dəqiq olaraq neçə milyon istifadəçinin bu hadisədən zərər çəkdiyini qeyd etmir. Facebook şirkəti şifrələri şifrələnməmiş şəkildə saxlanmış istifadəçiləri bu barədə xəbərdar etməyə söz verib.
        Facebook istifadəçilərinin şifrələri ilə baş vermiş problem barəsində məlumat ortaya çıxandan sonra şirkət bildirmişdi ki, həmin şifrələr 20.000 şirkət əməkdaşı üçün açıq olub. Lakin şirkət bildirmişdi ki, heç bir şirkət əməkdaşı həmin məlumatlardan sui-istifadə etməyib. Instagram ilə də baş vermiş bu hadisədə şirkət bildirib ki, istifadəçilərin şifrələnməmiş şəkildə saxlanılmış şifrələri tam təhlükəsizlikdə olub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər